Abdullahiyan Bakıya niyə gəlir? – Qəfil dəyişən qərarın səbəbi

 

“Tehran baş diplomatını ona görə Azərbaycana göndərir ki, rəsmi Bakı ilə təmasa keçə bilsin”.

Bunu politoloq Əziz Əlibəyli deyib.

Ekspert Azərbaycan-İran əlaqələrindəki son gəlişmələrə diqqət çəkib:

“2011-ci ildə Azərbaycanın Qoşulmama Hərəkatına üzv olması bir çoxları üçün anlaşılan qəbildən bir məsələ deyildi. Amma bu sirr 2020-ci ilin müharibəsindən sonra çözüldü. Azərbaycan dünyanın 120 ölkəsini arxasına alaraq, güclü beynəlxalq dəstək əldə etmişdi.

İndi Bakıda Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısı keçiriləcək. İran bu tədbirə ekspertlərdən ibarət komanda (rəhbər Rza Nəcəfi) ilə qoşulacaqdı. Amma “qəflətən” məlum oldu ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da hərəkatın iclasına qatılmaq üçün Bakıya gəlir.

 

Tehran baş diplomatını ona görə Azərbaycana göndərir ki, rəsmi Bakı ilə təmasa keçə bilsin. Digər yandan, Qoşulmama Hərəkatı “soyuq müharibə” dövründə böyük güclərə cavab olaraq yaradılmış beynəlxalq təşkilatdır. Yəni İran bu qurumdan, həm də bura üzv olan Azərbaycandan dəstək almağa çalışır.

Ayrıca, iranlı diplomat Əli Əkbər Vilayəti bildirib ki, Səudiyyə, Çin və Rusiya ilə güclü əlaqə qururlar. O, Tehran-Bakı münasibətlərinə toxunaraq ümidvar olduğunu deyib ki, Azərbaycan rəsmiləri iki ölkə arasında “qardaşlıq münasibətləri”nin dərinliyindən xəbərdardır.

“Biz Tehran və Bakı arasında münasibətlərdə hər hansı gərginliyi qəbul etmirik”, – iranlı vurğulayıb”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password