Priqojin niyə Moskvaya hücumu dayandırdı? – “Vaqner”i bitirəcək anlaşma

 

“Vaqner” qrupunun lideri Yevgeni Priqojin öz şirkətini müstəqil qüvvə kimi qoruyub saxlamağın yeganə yolunun Rusiya Müdafiə Nazirliyinə qarşı çıxmaq olduğunu iddia etdi, amma öz perspektivlərini çox şişirdi.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Analitiklər qeyd edirlər ki, Priqojin Müdafiə Nazirliyinin “Vaqner” də daxil olmaqla nizamsız birləşmələrə nəzarəti rəsmiləşdirmək üçün iyulun 1-nə verdiyi son müddəti siyasi (və bəlkə də şəxsi) baxımdan salamat qalması üçün ekzistensial təhlükə kimi qiymətləndirib. Buna görə də o, öz qüvvələrindən istifadə edərək, Müdafiə Nazirliyinin rəhbərliyini dəyişmək və “Vaqner”i tamamilə itirməmək üçün riskə getməyə qərar verib. İnstitutun analitikləri güman edirlər ki, “Vaqner”in addımlarının koordinasiyası və sürəti Priqojinin bu qiyamı əvvəldən planlaşdırdığını göstərir.

ISW ekspertlərinə görə, Priqojinin davamlı uğur üçün yeganə real ümidi Müdafiə Nazirliyinin rəhbərliyini dəyişməyə olub, amma bunu edə bilməyib. Priqojinin qiyamı onun ultra-millətçi dairələrdə, Rusiya hökumətində və “Vaqner” daxilində dəstək bazasını daha da sarsıdıb.

İnstitut hesab edir ki, Priqojin Moskvaya hücumunu başa çatdırmamaqla “Vaqner”in bir çox döyüşçülərini və bu qrupa rəğbət bəsləyən ultra-millətçiləri də qəzəbləndirib.

Bundan əlavə, analitiklər qeyd edirlər ki, Priqojinin Belarus lideri Aleksandr Lukaşenko və Kremllə əldə etdiyi razılaşma “Vaqner” döyüşçülərini narahat edir. Çünki bu, “Vaqner” liderinin onları Müdafiə Nazirliyinə tabeliyindən qorumaq cəhdlərinə son qoyub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password