Voronejdə rus ordusu “Vaqner”in tərəfinə keçdi

 

Voronejdəki hərbi obyektlər “Vaqner”in nəzarətindədir.

Bu barədə “Vaqner”in Teleqram kanalı məlumat yayıb.

“Ordu xalqın tərəfinə keçir”, – məlumatda qeyd olununb.

Qeyd edək ki, ötən gün axşam saatlarında Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, “Vaqner”in qərargahlarına hücum əməliyyatına rəhbərlik etdiyini iddia edib. Onun sözlərinə görə, “Vaqner” qərargahlarına endirilən zərbələr nəticəsində yüzlərlə ölən və yaralanan var.

Bundan sonra Priqojin “25 minlik ordu ilə” Rostova doğru hərəkət etdiyini açıqlayıb. Ona qarşı Rusiya FTX və Baş Prokurorluq “hərbi çevrilişinə cəhd” maddəsi ilə cinayət işi başladıb, Moskva, Voronej və Rostovda antiterror rejimi tətbiq edilib.

“Vaqner”in Rostovu və Voroneji ələ keçirdiyi, hazırda isə Moskvaya doğru hərəkət etdiyi bildirilir

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password