Bu təhsil müəssisələri universitetlərin tabeliyinə verilir – Universitetlərə qəbul asanlaşır?

 

Bir müddət öncə elm və təhsil nazirinin müavini İdris İsayev qeyd edib ki, orta ixtisas təhsili müəssisələrinin bir hissəsinin ali təhsil müəssisələrinin tabeliyinə verilməsi prosesi həyata keçirilir.

“Azərbaycandakı peşə təhsil müəssisələrinin infrastrukturu bu sahədə islahat aparmağa imkan vermir”, – deyə o əlavə edib.

Bəs orta ixtisas təhsili müəssisələri universitetlərin tabeliyinə verilməsi hansı dəyişikliklərə səbəb olacaq? Univeristetlərə qəbul daha da asanlaşacaq?

Məsələ ilə bağlı sualları cavablayarkən təhsil eksperti Elçin Süleymanov orta ixtisas təhsili müəssisələri universitetlərin tabeliyinə verilməsinə ilk olaraq 2018-ci ildən başlanıldı.

“Pilot layihə olaraq bir neçə kollec,ixtisas məktəbi univeristetlərin tərkibinə verildi. 2030-a qədər artıq əksər orta ixtisas təhsili müəssisələrinin universitetlərin tabeliyinə veriləcək. Bu müsbət bir addımdır. Həmin müəssisəslərin universitetin tərkibində olması maddi-texniki baxımdan da əhəmiyyətlidir. Çünki universitetin maddi-texniki bazasından orta ixtisas təhsili müəssisələrinin tələbələri də istifadə edir. Müəllim professor heyəti daha hazırlıqlı, bu sahənin mütəxəssislərindən formalaşır. Eyni zamanda ixtisasların da proqramlarının bakalavr proqramıyla uzlaşmasına kömək edir”, – deyə o əlavə edib.

Ekspert qeyd edib ki, qərbdə əksər ölkələrdə bu təcrübə var.

“Elə peşələr var ki, onun üçün dörd il bakalavr təhsilinə ehtiyac yoxdur. İki il müddətində də o peşəni bilən mütəxəssi hazırlanır. Bu həm də kollec məzunları üçün gələcəkdə bakalavr təhsili alması üçün əhəmiyyətlidir. Biri var hansısa regionun kollec məzunu, biri də var universiteti tərkibində olan kollec məzunu olasan. Bu həm də daha prestijlidir.

Orta ixtisas təhsili müəssisələrinin universitetlərin nəzdində olması təhsilin fasiləsizliyinə gətirib çıxaraq. Müəyyən mənada təhsil sahələrinin bir-birinə inteqrasiyasına səbəb olacaq”, – deyə E.Süleymanov bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password