İsrail Ukraynaya silah verməyəcək – Netanyahu iki səbəb göstərdi

 

İsrail Rusiya və İranla bağlı iki səbəbdən silahlarını Ukraynaya göndərmək istəmir”.

Bunu İsrail Baş naziri Binyamin Netanyahu deyib.

Baş nazir qeyd edib ki, Ukraynaya hərbi yardım məsələsində İsraillə bağlı xüsusi durum var, bu, Polşa, Almaniya, Fransa və Kiyevin digər tərəfdaşlarının vəziyyətindən fərqlənir.

“Bizim Rusiya ilə yaxın hərbi “sərhəd”imiz var. Pilotlarımız Suriya səmasında rus pilotların yanında uçur. Düşünürəm ki, İranın şimal sərhədimizdə hərbi mövqelər yaratmaq cəhdlərinə qarşı fəaliyyət azadlığımızı qoruyub saxlamağımız vacibdir”, – Netanyahu bildirib.

Ukraynaya silah verilməməsinin ikinci səbəbi onların döyüş meydanında rusların qənimətinə çevrilməsi və daha sonra İrana veriləcəyi və bu silahlardan İsrailin özünə qarşı istifadə etməyə çalışacağı məsələsidir.

“Bu, nəzəri ehtimal deyil. Bu, indi sərhədlərimizin yaxınlığında gördüyümüz Qərbin tank əleyhinə silahları ilə baş verənlərdir. Ona görə də burada çox diqqətli olmalıyıq”, – İsrail baş naziri vurğulayıb.

Netanyahunun sözlərinə görə, yuxarıdakıları nəzərə alan İsrail balanslaşdırılmış yanaşmanı davam etdirmək və ehtiyatlı olmaq niyyətindədir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password