AŞPA-da Azərbaycana qarşı qətnamə qəbul edildi

 

AŞPA Laçın dəhlizindəki vəziyyətlə bağlı qətnamə qəbul edib və orada sərbəst və təhlükəsiz hərəkətin olmaması qeyd edilib.

Bu barədə Ermənistan parlamentinin vitse-spikeri, Ermənistanın təşkilatdakı nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan məlumat verib.

O qeyd edib ki, Azərbaycan nümayəndə heyəti qətnamənin dəyişdirilməsi və ya qəbul edilməməsi üçün hər şeyi edib. Bundan başqa, Azərbaycanın təklif etdiyi 60-a yaxın düzəliş rədd edilib.

Rubinyan vurğulayıb ki, qətnamə əsasən “Laçın dəhlizinin blokadasının humanitar nəticələri”ndən və Azərbaycan tərəfindən “insan hüquqlarının pozulması”ndan bəhs edir:

“Sənəd təcili olaraq Laçın “dəhlizi”nə və Qarabağa beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsinin vacibliyini vurğulayır. Sənəddə həmçinin Azərbaycan AİHM və Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına əməl etməyə, tədarükü bərpa etməyə çağırılır”.

Onun sözlərinə görə, Assambleya AŞPA məruzəçisinin faktaraşdırıcı səfəri zamanı Azərbaycana dəvət edilməməsindən və Laçın dəhlizinə gedə bilməməsindən çox təəssüflənib:

“Asambleya Azərbaycanı vəziyyəti yerində qiymətləndirmək üçün faktaraşdırıcı missiya ilə Laçın dəhlizinə və Qarabağa səfər etmək üçün Avropa Şurasının nümayəndə heyətini dəvət etməyə çağırıb”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password