Böyük hücuma hazırlıq gedir – “Əsl sürpriz qabaqdadır”

 

“Son iki həftə ərzində Ukrayna hərbçiləri daha çox taktiki səviyyəli əməliyyat, əks-hücum və ya hücum keçiriblər. Ukraynanın genişmiqyaslı əks-hücum əməliyyatı hələ başlamayıb. Şərti olaraq deyə bilərik ki, hücum başlayıb, amma daha böyük əməliyyatın tərkib hissəsi olan hazırlıq mərhələsi davam edir”.

Bunu ukraynalı hərbi ekspert Aleksey Melnik deyib.

Onun sözlərinə görə, Ukrayna tərəfi əks-hücum əməliyyatına əsas qüvvələri cəlb etməyib. Ekspert onu da deyib ki, Ukrayna irimiqyaslı əks-hücum üçün aylardır hazırladığı ehtiyatların dörddə birindən çoxunu səfərbər etməyib.

“Fikrimcə, indi çoxları hər hansı bir uzaqgörən nəticə çıxarmaqla səhv edirlər. Son iki həftədə baş verənlər daha çox taktiki səviyyəli addımlardır. Bunlar hücumlardır, əks-hücumlardır. Amma belə genişmiqyaslı hücum əməliyyatı hələ başlamayıb”, – Melnik vurğulayıb.

 

Ekspert “böyük sürpriz”in qabaqda olduğunu söyləyib.

Dünən Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, iki həftə ərzində Melitopol və Berdyansk istiqamətlərində 8 yaşayış məntəqəsi Rusiyadan azad edilib. Bu gün Ukraynanın Baş Qərargahı rus ordusunun Zaporoje və Xerson istiqamətlərində müdafiəyə keçdiyini açıqlayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password