Dövlət Proqramı ilə xaricdə ali təhsil üçün ayrılan vəsait açıqlandı

 

Dövlət Neft Fondunun 2022-ci il üçün təsdiq olunmuş büdcəsində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşdirilməsi üçün 17,9 mln. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub və bu xərc maddəsi üzrə faktiki olaraq 15,2 mln. manat vəsait ayrılıb ki, qeyd edilən xərc maddəsi üzrə icra 85,4% təşkil edib.

Bu, “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatında əksini tapıb.

Hesabatda qeyd edilib ki, bu proqram çərçivəsində xaricdə təhsil üçün qəbul edilməsi nəzərdə tutulan 400 nəfər kvota sayına nisbətən aşağı olması, həmçinin faktiki qəbul olanların bir qisminin qəbuldan sonra proqramdan imtina etməsi və yaxud müvəqqəti dayandırması səbəbindən 2022-ci ildə ARDNF tərəfindən maliyyləşdirilməsi həyata keçirilmiş tələbələrin ümumi sayı 286 nəfər təşkil edib ki, bu da vəsaitin 2,6 milyon manat və yaxud 14,6% az istifadəsinə səbəb olması müəyyən edilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password