“Törədilən təxribatlar Ermənistanın revanşist siyasətinin sübutudur”

 

Törədilən təxribatlar Ermənistanın revanşist siyasətinin sübutudur.

Bu barədə Amerikalı ekspert, Avropa və Amerikadakı hökumətlərin, universitetlərin və korporasiyaların beynəlxalq məsələlər və ictimai diplomatiya üzrə strateji məsləhətçisi Piter Teys deyib.

P.Teys hesab edir ki, bu həm də Azərbaycanla sülh sazişinin imzalanmasını sürətləndirmək üçün Ermənistan hökumətinə təzyiqlərin tamamilə olmamasının nəticəsidir:

“Digər tərəfdən, Azərbaycan hökuməti əməkdaşlığa açıqdır və sülh dialoqunun təmin olunması üçün hər cür səy göstərir. Ermənistanı öz qanunsuz silahlı qüvvələrindən istifadə etməkdən, Azərbaycan xalqına və ordusuna qarşı təxribat törətməkdən çəkinməyə məcbur etmək lazımdır”.

Amerikalı ekspert Ermənistanın qeyri-qanuni fəaliyyəti nəticəsində regionda ekoloji problemlə bağlı məsələyə də toxunub.

“Erməni faşist rejimi mütəmadi olaraq ətraf mühitə dağıdıcı ziyan vurur və Azərbaycan ərazisində piyada əleyhinə minaları yerləşdirməkdə davam edir. Ermənistanın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazidə qanunsuz tikməyə başladığı metallurgiya zavodu BMT-nin ətraf mühitin mühafizəsi prinsiplərinin kobud şəkildə pozulması deməkdir”, – deyə o bildirib.

Xatırladaq ki, iyunun 15-i saat 08 radələrində Ermənistan Respublikası hərbi qulluqçularının Ermənistan Respublikası ərazisində yerləşən mövqelərindən Azərbaycan Respublikası Laçın rayonunun ərazisində yerləşən Laçın Sərhəd Nəzarət Məntəqəsində xidmət göstərən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına qarşı müxtəlif çaplı odlu silahlardan açdıqları atəşlər nəticəsində DSX-nin hərbi qulluqçusu, gizir Elşən Rüstəmov güllə yarası xəsarətləri alıb.

Müəyyən edilib ki, Ermənistan Respublikası silahlı qüvvələrinin bu cinayət əməlləri nəticəsində nəzarət-buraxılış məntəqəsinə ziyan dəyib və bu təxribat nəticəsində keçid məntəqəsinin fəaliyyəti pozulub.

Hadisənin baş verdiyi yer Azərbaycan Respublikasının Laçın rayonunun Güləbird kəndinin ərazisi olmaqla, qeyd-şərtsiz Azərbaycan Respublikasının suveren ərazisidir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password