Qarabağ qapandı. İndi sual budur: Zəngəzur kimindir?

 

Ərdoğanın yenidən prezident seçilməsindən sonra Türkiyənin Cənubi Qafqaz siyasəti dəyişməyəcək.

Bu sözləri Rusiyanın Yaxın Şərq İnstitutunun prezidenti, ermenipərəstliyi ilə seçilən Yevgeni Satanovski erməni mediasına müsahibəsində deyib.

O bildirib ki, bu, artıq Azərbaycanın Ermənistana qarşı irəli sürdüyü kifayət qədər sərt ultimatumda da nəzərə çarpır:

“Ərdoğan qalib gəldi və o, Bakının ən yaxın müttəfiqidir. O, İkinci Qarabağ müharibəsinin qaliblərindən biridir.

Qarabağ və onun Ermənistana məxsusluğu mövzusu qapanıb – Paşinyan qapayıb. Ermənilərin orada qalıb-qalmayacağı bu gün sual altındadır.

Bundan başqa, Ermənistan ərazisindən Naxçıvana dəhliz mövzusu açıqdır və böyük sual Ermənistanın Zəngəzur bölgəsinin Ermənistanın nəzarətində qalıb-qalmayacağıdır. Paşinyan açıq şəkildə Rusiya hərbi bazasından və Qarabağdakı rus sülhməramlılardan xilas olmaq istəyir. Amma bu halda onun Bakı və Ankara ilə növbəti toqquşmada niyə uduzmayacağı bəlli deyil”.

Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə gəlincə, Satanovski bildirib ki, hər şey hansı normallaşmadan danışdığımızdan asılıdır:

“Əgər Ermənistan bu gün Ərdoğanın inşa etdiyi gələcək Osmanlı limanının periferik əyalətlərindən birinə çevrilərsə, o zaman normallaşma mümkündür.

Ermənistanı daha hansı aqibət gözləyir, anlaya bilmirəm. Paşinyanın birmənalı Qərbə yönəlməsi Ermənistana başqa aqibət qoymur. Onun etdiyi hər şey ABŞ-ın maraqlarına uyğundur. ABŞ-ın maraqları isə Ermənistanın İran və Rusiya ilə əlaqəsinin kəsilməsidir. Belə olan halda Ermənistanın hansı şansları var”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password