Post bağlandı: ermənilər Gəncəyə gələ bilər

 

Ermənistanın təxribat hücumundan sonra Azərbaycan Laçın postunu bağlayıb: İrəvan təxribata görə məsuliyyəti üzərinə götürməyənə, baş verənlərlə bağlı tədqiqat aparılmayana qədər post istifadəyə açılmayacaq.

Beləliklə, Qarabağdan erməni əhalisinin Ermənistana gedişi və geri qayıtması, o cümlədən, yüklərin daşınması təxirə salınır. Bakının şərti məlumdur, hərçənd, İrəvanın bunu edəcəyi, yaxud qısa zamanda edəcəyi inandırıcı görünmür, xüsusilə Ermənistan rəhbərliyi postun bağlanmasını beynəlxalq müstəviyə çıxarmağa, Azərbaycana təzyiq etməyə çalışa bilər.

Postun bağlanması Qarabağdakı vəziyyəti də dəyişir, xüsusilə erməni əhalisinin təminatı məsələsi aktuallaşır. Mümkündür ki, Azərbaycan mövcud vəziyyətdə iki istiqamətdə hərəkət edəcək:

Birincisi, erməni əhalisinin bütün ehtiyaclarını özü təmin edəcək: bundan öncə də rəsmi Bakı ermənilərin ehtiyacını təmin etməyə hazır olduğunu bəyan etmişdi, yeni vəziyyətdə isə bu artıq zərurətə çevrilə bilər; ərzaq və digər lazımi ləvazimatlar Ermənistandan yox, Bakıdan göndərilə bilər ki, əslində belə də olmalıdır, o cümlədən, sağlamlıq problemləri olan ermənilər müalicə üçün İrəvana yox, Bakıya, yaxud regionlarda müasir səhiyyə ocaqlarına, misal üçün, Gəncəyə gətirilə bilər;

İkincisi, erməni əhalisinin təminatını üzərinə götürən rəsmi Bakı indiyə qədər “humanitar yük” adı altında Qarabağa de-fakto kənar müdaxilələrin qarşısını alacaq.

Bu baş verərsə, erməni əhalisinin reinteqrasiyası və Xankəndidə mərkəzi hakimiyyətin bərpası istiqamətində böyük irəliləyiş əldə edə bilərik./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password