ABŞ dünən qadağan etdi, bu gün atışma başladı

 

Bu gün Ermənistan hərbçilərinin “Laçın” postunda sərhədçimizi yaralaması da daxil olmaqla, müxtəlif istiqamətlərdə təxribatları ABŞ-ın İrəvandakı səfirliyinin dünənki çağırışını gündəmə gətirib.

Ötən gün səhər saatlarında ABŞ-ın Ermənistandakı səfirliyi diplomatik korpusun əməkdaşlarına və onların ailə üzvlərinə Azərbaycanla həmsərhəd rayonlara hər hansı qeyri-vacib səfərləri qadağan etmişdi.

Səfərlərin qadağan olunduğu yerlər isə Ermənistanın Tavuş, Göyçə, Cermuk və Zəngəzur vilayətləridir.

Politoloq Elxan Şahinoğlu qeyd edib ki, bu, Vaşinqtonun Ermənistan ordusunun təxribatı haqqında əvvəlcədən məlumatlı olduğunu təsdiqləyir:

“ABŞ İkinci Qarabağ müharibəsinin başlanmasından bir neçə gün əvvəl də vətəndaşlarına oxşar xəbərdaqlıq etmişdi. ABŞ kəşfiyyatı dünyanın hər yerində olduğu kimi Cənubi Qafqazda da fəaldır, təsadüfi deyil ki, ABŞ-ın keçmiş SSRİ məkanında ən böyük səfirliyi Ermənistandadır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password