Ermənistan Zəngəzur dəhlizinin açılmasını ləngitməməlidir
Türkiyə Yıldız Teknik Universitetinin professoru, siyasi şərhçi Prof. Dr. Cemal Zehir müsahibəsindəTürkiyə Prezidentinin Azərbaycana səfəri, səfər çərçivəsində Zəngəzur dəhlizi ilə bağlı verilən mesajlar, Ermənistan bu yolun açılmasına mane olması, dəhlizin əhəmiyyəti mövzusunda ünvanlanan sualları cavablandırıb.
“Zəngəzur dəhlizinin açılması bütün region ölkələrinə faydalı olacaq. Yol mədəniyyətdir və bu mədəniyyət hər kəsə lazımdır. Bu əslində Ermənistan hakimiyyətinə verilən mesajdır. Dəhlizin açılmasına mane olmamalı, işi ləngitməməlidirlər. Bunun heç kəsə bir faydası olmayacaq. Zəngəzur dəhlizinin açılması Ermənistana da yaxşı təsir göstərəcək. Dəhliz vasitəsilə Azərbaycan, Türkiyə və digər region ölkələri ilə asan ticarət edə biləcəklər. Eyni zamanda dəhlizin açılması dünyaya bir mesaj verəcək”, – deyə o bildirib.
Türkiyə Yıldız Teknik Universitetinin professoru, siyasi şərhçi Prof. Dr. Cemal Zehirin mövzu ilə bağlı daha geniş açıqlamasını videodan izləyə bilərsiniz: