Putin niyə “bizi yenə aldatdılar” dedi…


Kreml sahibi Vladimir Putin Rusiyanın “taxıl sazişi”ndən çıxmağı planlaşdırdığını bildirib. Onun sözlərinə görə, bu saziş Rusiyanın maraqlarına cavab vermir. “Bizi növbəti dəfə aldatdılar” – deyən Putin Rusiya taxılının tədarükünün liberallaşdırılması baxımından heç bir iş görülmədiyini iddia edib.

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib kii, Putin Ukraynanın hərbi məqsədlərlə “taxıl sazişi”nin dəhlizlərindən Rusiyaya qarşı istifadə etdiyini də vurğulayıb:

“Bu, Putinin bəhanələridir. Kreml sahibini narahat edən Ukraynanın öz taxılını satıb maliyyə qazana bilməsidir. Rusiya prezidenti bunun qarşısını almağa çalışır. O ki qaldı Rusiyanın taxıl sata bilməməsinə, bu sanksiyalarla əlaqəlidir. Sığortası olmayan gəmilər yük daşıya bilmirlər. Ukrayna müharibəsinə görə Rusiyaya qarşı sanskiyaların tətbiqi gəmilərin bu ölkədən yük daşımasını əngəlləyir”.

E.Şahinoğlu Putinin “taxıl sazişi”ndən çıxmaq istəyinin bu məsələdə əsas vasitəçi olan Türkiyənin maraqlarına cavab vermədiyini vurğulayıb:

“Ona görə də Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Putini sazişdən çıxmamağa inandırmağa çalışacaq. Putin bunun qarşılığında Rusiya taxılının dünya bazarlarına çıxarılması təminatını almaq istəyəcək”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password