Lukaşenko ölüm ayağındadır – Foto

 

Belarus Prezidenti Aleksandr Lukaşenko ölüm ayağındadır. Onun varis məsələsini həll etmək üçün Kreml Minsklə birgə informasiya oyunu oynayır.

Bu barədə Rusiyanın BRIEF nəşri məlumat yayıb.

“Bunun sübutu kimi Putinlə Lukaşenkonun son görüşünü göstərmək olar. Həmin görüşün videogörüntülərini bir il əvvəlki görüntülərlə müqayisə etdikdə, bir çox mətləblər üzə çıxır.

Ümumiyyətlə, Lukaşenkonun səhhətində problem yaranıb. O, Putinin Aİİ ölkələrinin Baş nazirləri ilə görüşlərində də iştirak etməyib. Lukaşenko Soçidə də gözdən itib. Onu sonuncu dəfə xüsusi tibbi korsetdə görüblər”, – məlumatda deyilir.

Xatırladaq ki, 2 iyunda Lukaşenkonun səhhətinin kritik olması səbəbi ilə hakimiyyətin ötürülməsi üçün Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Narışkin və Təhlükəsizlik Şurasının katibi Patruşevin təcili Belarusa getdiyi haqda da məlumat yayılmışdı.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password