Beynəlxalq və şəhərlərarası sərnişin daşınmasına görə yeni cərimələr müəyyənləşir
Azərbaycanda beynəlxalq və şəhərlərarası sərnişin daşınmasına görə yeni cərimələr müəyyənləşir.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.
Dəyişikliklə avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulmasına görə aşağıdakı yeni cərimələr nəzərdə tutulur:
– beynəlxalq müntəzəm sərnişin daşınmasının Azərbaycan Respublikasının ərazisində yerləşən başlanğıc, aralıq və ya son təyinat məntəqəsinin avtovağzaldan (avtostansiyadan) kənarda həyata keçirilməsinə;
– Şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşınmasının şəhərlərin (rayon mərkəzlərinin) və ya qəsəbələrin ərazisində yerləşən başlanğıc, aralıq və son məntəqəsindən kənarda həyata keçirilməsinə;
– Şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşınmanın bilet-uçot vərəqi olmadan həyata keçirilməsinə;
– Qeyri-muntəzəm sərnişin daşınmasının (taksi minik avtomobilləri ilə sərnişin daşınması istisna olmaqla) formulyar doldurulmadan həyata keçirilməsinə görə – 50 manatadək məbləğdə cərimə nəzərdə tutulur.