Berluskoninin dəfn günü İtaliyada milli matəm elan ediləcək

 

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni dünyasını dəyişib.

Məlumata görə, 86 yaşlı siyasətçi Milanda xəstəxanada vəfat edib.

Onun ölüm səbəbi hələlik açıqlanmır.

İtaliya hakimiyyəti keçmiş baş nazir Silvio Berluskoninin 14 iyunda Milanda keçiriləcək dəfn günü ölkədə milli matəm elan ediləcəyini açıqlayıb.

“Keçmiş baş nazir Silvio Berluskoninin vəfatı ilə əlaqədar 2023-cü il iyunun 12-dən 14-dək bütün ölkədəki dövlət qurumlarında və İtaliyanın xaricdəki diplomatik və konsulluq missiyalarının binalarında bayraqlar yarıya endiriləcək. Rəsmi dəfn mərasiminin keçiriləcəyi gün 2023-cü il iyunun 14-də isə ümummilli matəm elan olunacaq”, – hökumətin yaydığı məlumatda bildirilib.

Dəfn mərasiminin çərşənbə günü Milanın Kafedralında keçiriləcəyini təsdiqləyib. Mərasimi Milanın arxiyepiskopu Mario Delpini aparacaq. İtaliya Prezidenti Sercio Mattarellanın dəfn mərasimində iştirakı gözlənilir.

Xatırladaq ki, iyunun 9-da Berluskoni San Raffaele klinikasına yerləşdirilmişdi. Buna səbəb kimi hər hansı kritik vəziyyət deyil, həkimlərin müalicə oluna biləcəyinə inandıqları mielomonositar leykemiya səbəb olduğu bildirilirdi. Bundan əlavə, sabiq baş nazirin vəziyyətinin narahatlıq doğurmadığı və yaxın günlərdə xəstəxanadan buraxılacağı deyilirdi. 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password