Zelenski ilə görüşdə vacib mesaj: Azərbaycanın Qərbə jesti… – Seyidov açıqladı

 

Prezident İlham Əliyevin keçirmiş olduğu bütün görüşlər əhəmiyyətlidir. Əslində bu görüşlər tarixi mahiyyət daşıyır. Çünki gözümüzün önündə müasir Azərbaycanın yeni qələbə tarixi yazılır. Bu şanlı tarixin səhifləri bizim müşahidələrimizlə baş verir.

Bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin apardığı siyasət və Azərbaycan xalqının istəyi Böyük Avropa məkanında reallaşmaqdadır: “Bu, heç də sadə və asan bir məsələ deyil. Bu mənada Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar öncə üçtərəfli, daha sonra beştərəfli formatda təşkil olunduqda Avropanın aparıcı ölkələri qarşı tərəfi Prezident İlham Əliyevin məntiqinə uyğunlaşmağa dəvət edirlər”.

Deputat hesab edir ki, bir müddət öncəyə qədər Azərbaycandan Ermənistanın maraqları mövqeyində siyasət yeritmək istəyən Qərbdən indi yeni davranış tərzi görürük: “Az qala ərköyn uşağa, yəni Ermənistana Avropa Birliyi bu yanaşmanın mənfi nəticələrini izah etməyə çalışır. Artıq onlar da yəqin ediblər ki, Azərbaycanın apardığı siyasətə alternativ yoxdur”.

Səməd Seyidova görə, bu gün Azərbaycanın apardığı siyasət separtizmi, terorrizmi, ikili standartları sıradan çıxardığı üçün Avropa Birliyi bunu dərk etməyə başlayıb: “Ermənistan buna həmişə zidd siyasət yürüdür, Qərb isə hər zaman buna göz yumurdu. İkili standartlara göz yuma-yuma bu, Avropanın sərhədləri daxilində müharibəyə gətirib çıxardı.

Bu gün Azərbaycan yeni yaranacaq Avropa təhlükəsizlik strukturunun əsas hissəsi olacaq. Ermənistan isə burada ögey elementdir. Avropa Birliyinin enerji təhlükəsizliyi logistika və beynəlxalq qanunları təşviq edir.

Azərbaycan Prezidentinin Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü də sıradan bir görüş deyildi. Ermənistan isə Qərb siyasətinə ziddi olaraq İranla və Rusiya ilə geniş əlaqələr qurur”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password