Numan Kurtulmuş: “Türk Əsrinin gerçəkləşməsi üçün birlikdə mübarizə aparacağıq”

 

AK Parti və MHP-nin namizədi olan Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilib.

Bu barədə “TRTHaber” məlumat yayıb.

Bildirilib ki, səsvermənin 1-ci turunda millət vəkillərinin 317-si onun lehinə səs verib. Bu, yetərsay olmadığı üçün sədr seçimi 2-ci tura qalıb.

2-ci turda da yetərli say olmayıb. N.Kurtulmuş bu mərhələrə 321 səs ala bilib. Üçüncü səsvermədə isə N.Kurtulmuş eyni səslə TBMM sədri seçilib.

“Türk Əsrinin gerçəkləşməsi üçün birlikdə mübarizə aparacağıq”.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni sədri Numan Kurtulmuş deyib.

O, parlamentin sədri seçiləndən sonra kürsüyə çıxaraq təşəkkür nitqi söyləyib.

“Birinci Məclisin yaranmasından və Cümhuriyyətimizin elan edilməsindən 100 il keçir. Türkiyə böyük qazanclar əldə edib. Biz millət olaraq qarşımıza yeni hədəflər, yeni üfüqlər qoymalıyıq. Türkiyə Əsri olaraq adlandırdığımız cümhuriyetimizin ikinci yüz ilində hamımız birləşəcəyik. Biz son dərəcə əhəmiyyətli bir dövrün başlanğıcını edirik. Bu millət bizə fürsət verib. Bu fürsəti millətin dəstəyi ilə sona qədər çalışaraq göstərəcəyik. Daha güclü, daha böyük Türkiyə üçün çox çalışacağıq”, – sədr deyib.

TBMM sədri vurğulayıb ki, 16 müxtəlif siyasi partiyanın iştirak etdiyi bir parlament demokratiyamız üçün bir zənginlikdir:

“Fikirlərimizi müzakirə edəcəyik, partiyalarımızın fikirlərini bildirəcəyik, amma əl-qolumuzu sıxmadan, bir-birimizi incitmədən danışacağıq. Türk Əsrini birlikdə quracağıq. Deputatlarımızın hər birinə “xoş gəlmisiniz” deyirəm.

Millətimiz prezidentimiz Rəcəb Tayyib Ərdoğanı Türkiyənin yenidən lideri seçdi. Türk Əsrinin gerçəkləşməsi üçün birlikdə mübarizə aparacağıq. Bir daha vurğulamaq istəyirəm ki, parlamentin sədri kimi bütün siyasi partiyalarla dialoq şəraitində vəzifəmi davam etdirəcəyəm”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password