Hakan Fidan və Gülər Bakıya nə vəd edir?
Xəbər verdiyimiz kimi, Türkiyənin Nazirlər Kabinetinin yeni tərkibində xarici işlər naziri vəzifəsinə Hakan Fidan, milli müdafiə naziri vəzifəsinə isə Yaşar Gülər gətirilib.
Siyasi ekspertlər hər iki kadrın Azərbaycanla çox ciddi əlaqələri olduğunu bildirir.
Siyasi ekspert Asif Nərimanlı qeyd edib ki, Ərdoğan Hakan Fidanı “O mənim sirr küpüm, Türkiyə dövlətinin sirr küpü, Türkiyənin gələcəyinin sirr küpü” adlandırmışdı:
“Hakan Fidan xarici siyasətin müəyyənləşməsində ciddi rola malik olub. Obamanın “gözüm üzərində” dediyi, MOSSAD-ın ən çox çəkindiyi kəşfiyyatçı olduğu haqda mediada məlumatlar var. Vaxtilə Azərbaycanda da TİKA-nın nümayəndəsi kimi işləyib və ölkəmizin rəsmiləri ilə yüksək səviyyədə əlaqələri var.
Türkiyə ordusunda böyük nüfuzu malik olan Yaşar Gülərin də Azərbaycanın hərbi rəhbərliyi ilə yüksək münasibətləri mövcuddur”.