Separatçılar sülhməramlıların gözü qarşısında intensiv hərbi təlimlər keçirirlər

 

Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasındakı erməni separatçılarının təxribatlara hazırlaşdığı artıq göz qabağındadır.

Belə ki, qanunsuz silahlı birləşmələrin Xocalıda təlimlər keçirmələri ilə bağlı növbəti görüntülər yayılıb.

Qeyd edək ki, bu, artıq sutka ərzində bölgədəki erməni yaraqlılarının qanunsuz fəaliyyəti ilə bağlı yayılan üçüncü videodur.

Kadrlar belə deməyə əsas verir ki, separatçıların təlimləri intensivləşib və onlar tələskən bir şəkildə qaçılmaz ssenariyə hazırlaşırlar.

 

Azərbaycanın Qarabağ iqtisadi rayonundakı qeyri-qanuni erməni dəstələrinin Xocalıda yerləşən hərbi poliqonda qanunsuz fəaliyyəti davam edir.

“Qafqazinfo”nun əldə etdiyi görüntülərdən açıq-aşkar görünür ki, dəstə üzvləri Rusiya sülhməramlı kontingentinin gözü qarşısında atəş hazırlığı üzrə məşğələləri icra edirlər.

Həmin videonu təqdim edirik:

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password