Putin Qərbin Qafqaza girməsinə imkan verməyəcək
Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanmasında əsas vasitəçi rolundan imtina etmək niyyətində deyil. Biz Cənubi Qafqazda qeyri-regional oyunçuların olmasının qəti əleyhinəyik. Moskva AB-nin monitorinq missiyasının Ermənistan ərazisinə və üstəlik, Bakının razılığı olmadan yerləşdirilməsini mənfi qiymətləndirib.
Bunu “Milli müdafiə” jurnalının baş redaktoru, rusiyalı politoloq İqor Korotçenko deyib.
“Moskva bu funksiyaların KTMT-nin müşahidə missiyası tərəfindən yerinə yetirilməsinin tərəfdarıdır. Görürük ki, Rusiya vaxtaşırı KTMT-dən çıxmaqla hədələməyə çalışan Paşinyanın hərbi-siyasi şantaj cəhdinə boyun əyməyib. Paşinyan mütəmadi olaraq təxribat xarakterli bəyanatlar verir. Paşinyan və Ermənistan Moskvaya nə isə təqdim etmək, onu şantaj etmək iqtidarında deyil. İrəvanın Fransa, Almaniya, ABŞ-a meyillənməsi onunla nəticələnəcək ki, axırda onlar Ermənistanın başına çıxacaq və məmnun halda güləcəklər. Rusiya baş verən hadisələri diqqətlə izləyir. Putin və Əliyev barmaqlarını prosesin nəbzində saxlayır və bütün ən aktual məsələləri müzakirə edirlər. Onlar bir-birini anlayan siyasətçilərdir. Moskva əlindən gələni edəcək ki, Qərb komponentləri bu və ya digər ad altında Ermənistan vasitəsilə regionda mövqe tutmasın. Paşinyanın cavab olaraq Qərbi Cənubi Qafqaza sürükləmək cəhdləri Rusiyadan çox sərt reaksiya alacaq”, – o bildirib./axar.az