Hesablama Palatası: “Yenidən baxılan “Büdcə zərfi”ndə fiskal risklərə yer verilməyib”

 

Yenidən baxılan “Büdcə zərfi”ndə fiskal risklər barədə məlumatlara yer verilməyib, Hesablama Palatası bəzi risklərin mövcud olduğu qənaətinə gəlib.

Bu barədə Palatanın “2023-cü il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənəddə deyilir ki, 2023-cü ilin dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim edilən sənədlərdə makroiqtisadi proqnozlarda kənarlaşmalar, neftin qiymətinin və hasilat həcmlərinin azalması, inflyasiya təzyiqləri, pensiya təminatı sisteminin maliyyə dayanıqlılığı, dövlət büdcəsinə təmin edilən ödənişlər üzrə imtiyazların genişləndirilməsi, dövlət müəssisələri, yoluxucu xəstəliklərin o cümlədən pandemiyanın yeni ştammlarının yayılması, iqlim dəyişiklikləri əsas fiskal risklər kimi qeyd edilib.

Bundan əlavə, Rəydə ortamüddətli dövr üçün digər risklərə – bəzi sahələr üzrə əsaslı xərclərin azalmasının kompensasiya edilə bilinməməsi, cari xərclərin büdcədə payının əhəmiyyətli yüksəlməsi, xəzinədənkənar əməliyyatların və xəzindənkənar qalıqların həcminin əhəmiyyətli olması, vahid xəzinə hesabının sərbəst qalığından vəsaitin ayrılması, dövlət borcuna xidmətlə bağlı xərclərdə faiz ödənişlərində artım ehtimalının olması, resessiya ehtimallarının makrofiskal çərçivəyə təsirinə diqqət yetirilib.

“Aparılan təhlil hər 2 qrup üzrə bəzi risklərin (məsələn, makroiqtisadi proqnozlarda kənarlaşmalar, neftin hasilatının azalması, dövlət borcuna xidmətə dair xərclərdə faiz ödənişlərində artım, vahid xəzinə hesabının sərbəst qalığından vəsaitin ayrılması və s.) baxılan dövr ərzində reallaşdığını göstərir. 2023-cü ilin makrobüdcə parametrləri üzrə proqnozların dəyişdirilməsi fonunda yenidən baxılan dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim edilən sənədlərdə yenilənən dövlət büdcəsinin hansı fiskal risklərin təsirinə məruz qala biləcəyi göstərilməyib”, – deyə Rəydə qeyd olunub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password