Azərbaycan təhlükəsiz enerji təchizatına olan qlobal ehtiyacın ödənilməsinə kömək edir – Bayden

 

Azərbaycan, Cənub Qaz Dəhlizi də daxil olmaqla, Orta Dəhlizin inkişaf etdirilməsindən tutmuş enerji dayanıqlığını gücləndirən enerji diversifikasiyasının artırılmasına qədər, təhlükəsiz enerji təchizatına olan qlobal ehtiyacın ödənilməsinə kömək edir.

Bunu ABŞ Prezidenti Cozef Bayden Bakı Enerji Həftəsinin iştirakçılarına ünvanladığı müraciətində deyib.

Dövlət katibinin köməkçisi Cefri Payatın oxuduğu məktubda qeyd edilir ki, Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə toplaşdığınız bu zamanda sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram. Otuz ildən artıqdır ki, Azərbaycan və Birləşmiş Ştatlar transmilli təhdidlərə qarşı mübarizədən tutmuş inklüziv iqtisadi artımın təşviqinə qədər möhkəm tərəfdaşlıq qurublar.

“Bu tədbir ölkələrimizin təhlükəsiz və təmiz enerji gələcəyinə birgə sadiqliyini vurğulayır. Azərbaycan bu səylərdə mərkəzi rol oynamışdır. Azərbaycan, Cənub Qaz Dəhlizi də daxil olmaqla, Orta Dəhlizin inkişaf etdirilməsindən tutmuş enerji dayanıqlığını gücləndirən enerji diversifikasiyasının artırılmasına qədər, təhlükəsiz enerji təchizatına olan qlobal ehtiyacın ödənilməsinə kömək edir. Azərbaycanın qlobal iqlim məqsədlərinə nail olmaq səyləri, o cümlədən bərpa olunan enerjinin inkişafını artırmaq və enerji səmərəliliyini gücləndirmək üçün təşəbbüslər irəli sürməsi məni ruhlandırır.

Bu istiqamətlərdə iş gördüyünüz, o cümlədən qanunun aliliyinə təkan verəcək və Azərbaycan xalqı üçün imkanlar yaradacaq islahatlar apardığınız müddətcə ABŞ Azərbaycanın yanında olacaq. Bundan əlavə, biz gələcək nəsillər üçün Cənubi Qafqazda təhlükəsizliyin və rifahın təşviqinə kömək edəcək davamlı və ədalətli sülhü dəstəkləməyə davam edəcəyik.

Qarşıdan gələn illərdə əməkdaşlığımızın davamlı olmasını səbirsizliklə gözləyirəm”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password