Bu, Avropa coğrafiyasında yeni hərbi təhdiddir – Mübariz Əhmədoğlu

 

Qarabağ problemi ilə hazırda Avropa və Qərbin mühüm nüfuzlu siyasətçiləri məşğul olur. Rusiyada da ayrı-ayrı qütblərin bir neçə istiqamətdə maraqları burada toqquşur. Bu baxımdan hadisələr qısa müddət ərzində çox ciddi təhlükələrə şərait yarada bilər. Qarabağdakı əhalinin kimliyini müəyyən etmək üçün əsas hesablama nöqtəsi 1988-ci ildə orada yaşamış insanlar və sonrakı nəsillər əsas götürülür. Bu dövr ərzində ermənilər tərkibinin dəyişməsindən ötrü hədsiz çox çalışıblar. Məqsəd azərbaycanlılar və ermənilərin demoqrafik artımındakı fərqi azaltmaq olub. Azərbaycanın demoqrafik üstünlüyü tam prioritetdir. 

44 günlük müharibədən sonra isə yeni təhlükə yaranıb.  Bu da RF-dən  rusların Qarabağa gətirilməsidir. Onlar daha çox hərbiyə meylli peşələrin sahibidir. Onların Qarabağda məskunlaşması üçün lazımi infrastrukturlar yaradılıb, Rus Mədəniyyət Evi maliyyə mərkəzi rolunu oynayacaq. Qarabağın “Artsaxın rus icması” strukturu xeyli aktivləşdirilib, tərkibi genişləndirilib. Yerli qurumlar dəfələrlə “Atsaxın rus icması” ilə iclaslar keçiriblər. Qarabağın rus icması uzun müddət 30 nəfərdən ibarət olub və Qarabağda separatçılıq başlayandan sonra bu icmaya ehtiyac olmayıb. Əksinə, Qarabağ ermənilərinin üzü Qərbə tərəf olub. Hazırkı siyasi məqsədləri fərqli yanaşma tələb edir. Qarabağda rusların sayı “icma” terminini ehtiva edənə qədər artırılmalıdır. Qarabağ ermənilərinin etirafına görə onlar müharibə zamanı Ermənistan ərazisinə köçmüşdülər. Sülh bəyannaməsi imzalanan kimi RF sülhməramlıları onları zorla yenidən Qarabağa qaytardılar.

Bu vaxta qədər Qarabağda erməni və azərbaycanlı icmalardan söhbət gedirdi. Bu ATƏT MQ-nin sənədlərində də belədir. İndi Qarabağda əhalin üç icmalı formata keçirirlər. Erməni, azərbaycanlı, rus icmaları. Gələcəkdə Qarabağın taleyini birgə həll etməlidirlər və burada da əhalinin sayı vacib rol oynamayacaq. Rusiyanın məqsədi Qarabağı minimum Dnestryanı bölgə səviyyəsinə qaldırmaqdır. Bəlkə də böyük hərbi baza yaratmaqdır. Bu hərbi baza çox polifunksional ola bilər. Oradan Avropaya müəyyən yollar açıla bilər. Qarabağda ermənilərə yaxşılıq etmiş rusu Qarabağ və ya Ermənistan ermənisi Avropadakı ermənilərə zəmanət verməklə ora köçməsinə şərait yaradıla bilər. Vaqnerçilik üçün yeni resurs yaradılır.

Yaxın vaxtlarda Qarabağla əlaqəli ciddi proseslər Qərbin bəzi strukturlarının aktivləşməsindən sonra daha çox özünü göstərdi. USAID-in başçısı Samanta Pauer birdən-birə Qarabağda Qırmızı Xaç Komitəsinə göstəriş verdi. Çünki Qırmızı Xaç Komitəsinin bir sıra iri layihələri USAID-dən asılıdır. Qırmızı Xaç Komitəsi maşınını Laçın nəzarət-buraxılış mərkəzindən keçirən zaman dayandırdı və məlumat yaydı ki, beynəlxalq Qırmızı Xaç Komitəsinin xəstə daşıyan maşınını Azərbaycan sərhədçiləri buraxmır. Təxminən saatla ölçülən müddətdə həmin maşın rahat ərazidən çıxdı və hərəkətinə davam etdi. Bundan az öncə ermənilər S.Pauerin üzərinə ciddi hay-küy qaldırdılar ki, “erməni soyqırımı”ndan yazmaqla pul qazanmısan, məşhurlaşmısan. İndi dünyanın bəzi dövlətlərində sahibsiz itlərə pul ayırırsan, Qarabağ ermənilərinə baxmırsan, biz sənin cəhənnəmdəki yerini də bilirik.

Hazırda bir sıra parlamentarilər də ermənilərin çox kəskin müdafiəsindədirlər. Beynəlxalq qurumların Qarabağa girməsini tələb edirlər. Qarabağda ermənilərin içərisində təxminən 10 minə yaxın silahlı şəxs varsa, bu zaman həmin beynəlxalq quruma açılan atəşə kimin məsuliyyət daşıyacağı hələki bəlli deyil. Təbii ki, bu qədər Avropa, Qərblə əlaqəsi olan ermənilər Avropanı Azərbaycanın günahkar olduğuna inandıracaqlar. Rusiya ilə ABŞ, Avropa arasında münasibətlər yoxdur. Hətta nüvə müqavilələrinin ləğv edilməsinə göz yumulur. Amma ermənilərin hesabına ABŞ, Aİ və Avropanın digər dövlətləri10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannaməyə az qala Bibliya kimi yanaşırlar.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password