Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbriklər gəlməkdə davam edir

 

Tailand Krallığının Baş naziri Prayut Çan-o-ça Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Tailand Krallığının hökuməti və xalqı adından Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Otuz ildən çoxdur ki, Tailand və Azərbaycan arasında dostluq münasibətləri mövcuddur. Əminəm ki, əlaqələrimiz ölkələrimizin və xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə bundan sonra da möhkəmlənəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

XXX

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“28 May – Müstəqillik Günü münasibətilə Sizi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından, eləcə də öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Ötən illər ərzində Azərbaycan dövlətçiliyi şərəfli yol qət edərək beynəlxalq aləmdə öz sözünü deyən güclü dövlətə çevrilmişdir. Sizin uğurlu daxili və xarici siyasətiniz sayəsində dövlətçilik ənənələri möhkəmlənmiş, iqtisadiyyat inkişaf etmiş, mədəniyyət zənginləşmişdir. Müstəqil Azərbaycan Respublikası bu gün hər bir Azərbaycan vətəndaşı üçün əsl qürur mənbəyidir.

2023-cü il Azərbaycan üçün ən əlamətdar illərdən biridir. Bu il Azərbaycanın və Türk dünyasının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan dünya miqyaslı siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd edilir. Heydər Əliyevin Azərbaycana qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı və dirçəliş erası başladı.

Həmçinin Azərbaycanın incisi Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur. Sizin yenilməz iradəniz, siyasi cəsarətiniz, hərbi səriştəniz sayəsində qəhrəman Azərbaycan Ordusu otuzillik işğala son qoyaraq, bu şanlı və tarixi Zəfər günlərini Azərbaycan və bütün türk xalqlarına yaşatdı.

Zati-alinizin təşəbbüsü ilə yaradılan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu il ərzində Azərbaycanda və ölkə hüdudlarından kənarda Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə və Qarabağın tacı Şuşaya həsr edilmiş müxtəlif layihələr gerçəkləşdirir.

Bu xüsusda Fond tərəfindən Azərbaycanın mədəniyyətinin təbliği, tarixi həqiqətlərinin çatdırılmasına, qarşılıqlı mədəni dialoqa töhfə vermək məqsədilə Türk dünyası ölkələrində müxtəlif tədbirlərimiz həyata keçirilib və bu istiqamətdə səylərimizi davam etdiririk.

Bu əlamətdar gün münasibətilə Sizi bir daha təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, Azərbaycanın inkişafı naminə ali dövləti fəaliyyətinizdə davamlı uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram”.

XXX

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Fürsətdən istifadə edərək, Azərbaycan ilə Gürcüstan arasında tərəfdaşlığın möhkəmlənməsinə şəxsi dəstəyinizə və töhfənizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu il xüsusi əhəmiyyət kəsb edir, çünki Azərbaycan xalqı ölkənin tərəqqisi və inkişafında mühüm xidmətləri olan uzaqgörən lider Heydər Əliyevin 100 illiyini qeyd edir.

Əziz dost, əməkdaşlığımızın dövlətlərimiz, xalqlarımız üçün daha böyük uğurlar gətirəcəyini səbirsizliklə gözləyirik.

Sizə sülh, tərəqqi və uğurlarla zəngin gələcək arzulayıram. Qoy Azərbaycan bundan sonra da çiçəklənsin və inkişaf etsin!”

XXX

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru Qriqori Trubnikov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun rəhbərliyi və çoxmillətli kollektivi Sizi Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edir.

Cənab Prezident, fürsətdən istifadə edərək, Azərbaycanın elmi mərkəzləri və universitetlərinin bizim beynəlxalq hökumətlərarası təşkilatımızla əməkdaşlığına verdiyiniz dəstəyə görə Azərbaycan hökumətinə və şəxsən Sizə təşəkkür etmək istərdim.

Bizim müasir tərəfdaşlığımız İnstitutun yaradılması üçün əsas olan qarşılıqlı beynəlxalq elmi-texniki fəaliyyətin möhkəm təməllərinə söykənir və hər il daha böyük əhəmiyyət kəsb edir. Bu, özünü İnstitutun tədqiqat və təhsil proqramlarının həyata keçirilməsində əyani şəkildə göstərir.

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun mehriban ailəsinin bir hissəsi olaraq, biz yeni elmi istiqamətlərin açılması və bütün bəşəriyyət naminə texnoloji inkişaf üçün müxtəlif ölkələrin alimlərini bir araya gətiririk.

Azərbaycanın fundamental və tətbiqi tədqiqatlar sahəsində beynəlxalq əməkdaşlığın dəstəklənməsinə və inkişafına verdiyi töhfəni yüksək qiymətləndiririk. Ümidvaram ki, bizim birgə səylərimiz gələcəkdə də qarşılıqlı faydalı elmi tərəfdaşlığa töhfə verəcək.

Çox hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı və yeni-yeni uğurlar, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzu edirəm”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password