Azərbaycanda pandemiya yenidən alovlana bilər? – Kütləvi yoluxma ehtimalı…
Bir müddət öncə Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus COVID-19 pandemiyasının artıq ictimai səhiyyədə beynəlxalq fövqəladə hal olmadığını təsdiq edib.
” Bu, o deməkdir ki, ölkələr xüsusi karantin rejimindən COVID-19-un digər yoluxucu xəstəliklərlə birlikdə idarə olunduğu stabil mərhələyə keçə bilərlər”, – deyə o əlavə edib.
Bəs koronavirusla əlaqəli Azərbaycanda vəziyyət necədir? Pandemiya sona yaxınlaşıb?
Məsələ ilə bağlı suallarını cavablayan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Vasif Əliyev bildirib ki, Azərbaycanda COVID-19la bağlı vəziyyət stabildir.
“Aylardır koronavirus pandemiyası ilə bağlı vəziyyət stabildir, ciddi problem yoxdur. Düzdür, bəzən koronavirus testi pozitiv çıxıb, xəstəxanaya yatanlar olur. Bu günümüzdə və bundan sonra da hər zaman davam edəcək. Lakin təbii ki, epidemiya və pandemiya xarakterində olmayacaq. Necə ki, qrip virusu cəmiyyətdə daimi olaraq görünür, koronavirusda bu cür olacaq. Ümumi götürsək xəstənin ağırlıq dərəcəsi əvvəlki kimi olmayacaq. Ara-sıra virusa yoluxanlarda olacaq. Gələcəkdə isə sürətli və kütləvi yoluxmadan söhbət gedə bilməz. Yeni mutasiya yaranmadığı təqdirdə hər hansı bir təhlükə görünmür”, – deyə o əlavə edib.