Ağbaba mahalı necə parça-parça edildi? – Qərbi Azərbaycan Xronikası

 

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

“Casus Mikoyanın kütləvi Ağbaba repressiyası” adlı süjetdə qədim tariximizi sübut edən, lakin mənfur ermənilərin “mənimsədiyi” Ağbaba mahalı haqqında söz açılır.

Bildirilir ki, indiki Ermənistan ərazisində tarixən azərbaycanlıların sıx yaşadığı coğrafi məkanlardan biri də Ağbaba mahalıdır.

1930-cu illərdə Ağbabanın və digər bölgələrin 50 mindən çox türk əhalisi ailəliklə Qazaxıstan çöllərinə sürgün edilib. 1937-ci ilin payızında Ermənistanda güclənən repressiyaların dalğası fonunda azərbaycanlılar daha ağır zərbə alıblar.

Süjetdə vurğulanır ki, ermənilərin casusu Mikoyanın rəhbərliyi ilə keçirilən “təmizləmə” prosesində 1938-ci ildə Vedibasar, Zəngibasar, Qəmərli, Eçmiədzin, Ağbaba rayonlarının Türkiyə ilə həmsərhəd kəndlərində yaşayan 10 minlərlə azərbaycanlı kütləvi repressiyaya məruz qalıb.Nəhayət, Ermənistanın məmurları 1940-cı illərin sonu, 1950-ci illərin əvvəllərində köçürmə, 1988-ci ildə isə azərbaycanlılara qarşı sonuncu deportasiya siyasətini reallaşdırdılar. Bununla da ermənilərin terror və köçürmələri nəticəsində Ağbaba mahalı yaxınlığında azərbaycanlılara məxsus məkan qalmadı. Lakin əminik ki, bir zamanlar əhalisinin 80 faizdən çoxunun oğuz-türkü olduğu bu qədim yaşayış məskəni yenidən öz sahibinə qovuşacaq.Bununla bağlı süjeti “Baku TV”nin yutub kanalında izləmək olar.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password