“Sülh müqaviləsinin bağlanmaması üçün heç bir əsas qalmır” – Millət vəkili

 

Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü dəqiq rəqəmlərlə qeyd etməsi ölkə diplomatiyasının ən böyük uğurlarından biridir. Bu fakt Ermənistanın siyasi iddialarından əl çəkdiyini ortaya qoyur. İllərlə davam edən proses məhz bu cür məntiqlə yekunlaşdı. Ona görə də, bu, çox önəmli etiraf idi. Sözsüz ki, Paşinyan ərazi bütövlüyündən bəhs edərkən, burada dialoq və digər məsələləri də qeyd edir.

Bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Millət vəkili hesab edir ki, Paşinyanın sadaladığı məsələlər digər proseslərin üzərindən keçmək üçün deyilmiş fikirdir:

“Onun tərəfindən səslənən məsələlər tələb və təkliflərlə bağlıdır. Amma burada dialoqun necə olacağı ilə bağlı məsələni Azərbaycan müəyyən edir. Ona görə də, bu prosesdə beynəlxalq müstəvidə hansısa bir təminatçıya gərək olmayacaq. Çünki Xankəndi və digər ərazilərimizdə yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra problem qalmayacaq”.

Partiya sədrinə görə, burada hər hansı bir proseslə bağlı ikinci məsələ üzərində daha çox fikir yürütmək, yönəltmək lazım deyil:

“Bu daha çox Ermənistanın daxili auditoriyası üçün olan bir məsələdir. Sadəcə olaraq Qarabağda olan ermənilərin taleyi ilə bağlı Ermənistan hakimiyyətinin düşündüyü görüntüsü yaradılır”.

Deputat bildirib ki, mahiyyət etibarı ilə Azərbaycana lazım olan prinsip Ermənistan rəhbərliyi tərəfindən etiraf edilir:

“Bu, yeni bir başlanğıcdır. Ona görə də, sülh müqaviləsinin bağlanmaması üçün heç bir əsas qalmır. Mütləq şəkildə Ermənistan buna getməlidir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password