Paşinyan Rusiyaya qarşı – Kremlin cavabı nə olacaq?

 

Ermənistan baş naziri Nikol Paşinyanın dünənki mətbuat konfransında səsləndirdiyi birinci sensasion fikir sözsüz ki, Qarabağın Azərbaycan torpağı olmasıdırsa, ikinci məsələ onun Rusiyaya qarşı səsləndirdiyi fikirlərdir. Söhbət onun ölkəsinin Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatından (KTMT) çıxacağına eyham vurmasıdır. Rusiya siaysiləri, mediası erməni baş nazirin bu fikirlərini Ermənistanın qurumu tərk etməsi anlamına gəldiyindən xəbər verdiyini yazıb.

“Kommersant”ın “Paşinyan çıxışa doğru gedir” başlıqlı məqaləsində müəllif əvvəlcə yazır ki, Paşinyana Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülh müqaviləsinin imzalanması üçün üçüncü tərəfin təminatı gərəkdir. “Və cənab Paşinyanın sözlərindən belə görünür ki, İrəvan bu təminatçı kimi nə Moskvanı nə də KTMT-ni görür” deyən müəllif qeyd edir ki, hətta təşkilatı tərk etməklə hədələyib. Təşkilara qarşı İrəvanın xeyli iradlarının olduğunu qeyd edən nəşr bu qənaətə gəlir ki, Ermənistan sülh müqaviləsi üçün təminatçı qismində ənənəvi regional oyunçularla kifayətlənməyəcək.

Müəllif vurğulayr ki, “Moskvada Nikol Paşinyanın son açıqlamasına reaksiya daxil olmayıb. “Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, KTMT iştirakçı ölkələr arasında “nüfuza malikdir”, təşkilatın özü isə “müxtəlif situasiyalarda öz effektivliyini artıq nümayiş etdirib” və “sonrakı inkişaf potensialına malikdir”. “Ermənistanın baş nazirinin bəyanatına gəlincə, o zaman biz təbii ki, erməni dostlarımızla dialoqumuzu davam etdirəcəyik, onlarla KTMT-nin fəaliyyətində gələcək birgə iştirakımız barədə danışacağıq”, deyə Peskov vurğulayıb.

“Erməni ekspert icması isə təkid edir ki, “KTMT-nin Ermənistan hakimiyyətinin Azərbaycanla münaqişəyə müdaxilə etmək xahişlərinə cavab olaraq passiv mövqeyi” təşkilata narazılığı gücləndirib. ABŞ və Aİ belə bir tərəf kimi qəbul edilir, lakin onlar hələ bəyanatlardan kənara çıxmayıblar”, – erməni ekspert Tatul Akopyan qəzetə açıqlamasında qeyd edib.

“Vedomosti” yazır ki, Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov əmindir ki, baş nazir Paşinyanın KTMT-dən mümkün çıxması ilə bağlı bəyanatı Ermənistan cəmiyyətində dəstəklənmir. “Mən düşünmürəm ki, Ermənistan cəmiyyəti Paşinyanla eyni fikirdədir. Görünür, bugünkü faktorların təsiri ilə o, bu tezisə qayıtmağı mümkün sayır (Paşinyan əvvəllər də oxşar niyyəti ifadə etmişdi. – “Vedomosti”), lakin istər o vaxt, istərsə də indi Ermənistan cəmiyyəti bunu dəstəkləmirdi. Paşinyan isə bunu nəzərə almalıdır”, – parlamentari bildirib. Onun sözlərinə görə, niyyət həyata keçərsə, KTMT “mütləq zəifləməyəcək”, Ermənistan isə yaxşılaşmayacaq. “Məncə, bu, daha çox ritorikadır” deyə Kalaşnikov təklif edir.

“Ermənistan rəhbərliyinin KTMT-dən çıxma ehtimalını ritorikaya çevirdiyinə əsaslansaq, bunun ehtimalı kifayət qədər yüksəkdir”. Bunu isə rusiyalı ekspert Stanislav Pritçin nəşrə deyib. Üstəlik, Ermənistan faktiki olaraq təşkilata üzvlüyünü dayandırıb. O, nə təlimlər səviyyəsində, nə də KTMT rəhbərliyi çərçivəsində öz kvotalarından istifadə səviyyəsində heç bir aktivlik nümayiş etdirmir.

Ekspert sonda bildirib ki, reallıqda vəziyyət sonda Ermənistan üçün fəlakətə çevrilə bilər. Pritçin hesab edir ki, Rusiya çətin ki, Ermənistanın KTMT-dən çıxmasını cavabsız qoysun və bu, ölkənin iqtisadi vəziyyətinə çox ciddi təsir göstərə bilər. “Siyasi baxımdan KTMT-dən çıxmaq təşkilat üçün ciddi imic zərbəsi olacaq, amma ilk növbədə, bu, Ermənistanın özünün təhlükəsizliyinə zərbədir”, – deyə ekspert fikrini yekunlaşdırıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password