Ermənistanın “məhkəmə oyunu” – Azərbaycana “gözün üstə qaşın var” deyilə bilməz

 

Ermənistan Laçın dəhlizi ilə bağlı ikinci dəfə Azərbaycanı Haaqa məhkəməsinə verib. Bildirilir ki, sözügedən tərəf Laçın yolunda qurulan nəzarət-buraxılış məntəqəsinə görə, Azərbaycana qarşı iddia qaldırıb.

Mövzu ilə bağlı danışan politoloq İlyas Hüseynov bildirib ki, Ermənistan da daxil olmaqla bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Belə bir məqamda Ermənistanın BMT-yə müraciəti tamamilə absurd və qəbuledilməzdir.

“Laçın-Xankəndi yolu Azərbaycanın nəzarətində olması bölgədə sülhün, dayanıqlığının artırılmasına yönəlib. Bu, beynəlxalq səviyyədə tanınan ərazilərdir. Azərbaycanın öz ərazilərinə təhlükəsizlik baxımından nəzarət etmək hüququ var”.

O qeyd edib ki, Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddiaları irəli sürdükdən sonra ölkəmiz nəzarəti bərqərar etməyə məcbur oldu.

“Çünki bu yoldan dəfələrlə Ermənistan qeyri qanuni məqsədlər üçün istifadə edib. Regionda separatçılığı təşviq edib, silahlandırıb Azərbaycana qarşı ərazi iddiaları irəli sürməkdən çəkinməyib. Ermənistanın katalikosu, parlamentinin deputatları, hökumət üzvləri çox rahatlıqla bu yoldan istifadə edərək Azərbaycan ərazilərinə qeyri-qanuni səfərlər edirdilər. Məhz bu səbəbdən Azərbaycan nəzarəti bərqərar etdi və bu gün BMT-yə müraciət heç bir nəticə verməyəcək. Ermənistan bununla heç nəyə nail ola bilməyəcək.

Qarşı tərəf Azərbaycanın ərazi bütövlüyünü Praqada təsdiqləyib və suverenliyini tanıyıb. Digər tərəfdən, 14 may Brüsseldə prezident İlham Əliyev, Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında keçirilən görüşdə Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini təsbitlədi.

Bu da onu deməyə əsas verir ki, bundan sonra Azərbaycana qarşı hər hansı bir ərazi iddiası baş qaldıra bilməz. Eyni zamanda Azərbaycan torpağına nəzarət hüququnu əlində saxlamağa davam edir. Azərbaycan ərazisində Azərbaycan Konstitusiyası və qanunvericiliyi qüvvədədir. Bununla yanaşı ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr də burada Azərbaycanın haqlı mövqeyini bir daha vurğulayır”, – deyə politoloq yekunlaşdırıb.

Qeyd edək ki, Ermənistan tərəfinin Laçın dəhlizi ilə bağlı Azərbaycana qarşı BMT-nin Beynəlxalq Məhkəməsinə etdiyi ilk şikayəti haqsız iddiaları səbəbindən təmin edilməyib./publika.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password