Rusiyanın “KİNJAL” biabırçılığı… – Putinin tərifli raketi “lax yumurta” çıxdı

 

“Dünyada bu raketləri saxlaya biləcək sistem yoxdur”.

Bunu Vladimir Putin hələ bir neçə il öncə tədbirlərin birində Rusiyanın “Kinjal” raketlərini “vəsf edərkən” söyləmişdi.

Ancaq Ukrayna müharibəsi Rusiyanın bir çox “əfsanələri” kimi, “Kinjal”-ın da şişirdildiyini üzə çıxardı. Məlum oldu ki, Rusiya ordusu necə “dünyanın ikinci ordusu”dursa, “Kinjal” da o cür “hipersəs” və “vurulması mümkün olmayan” raketdir.

Məlum olduğu kimi, bir neçə gün əvvəl Rusiya Müdafiə Nazirliyi öz “Kinjal” raketlərilə Kiyevin hava məkanını qoruyan “Patriot” sistemini məhv etdiyini bəyan etdi. Ancaq dərhal Ukrayna tərəfi bu xəbəri təkzib etdi. Həmin vaxt istər-istəməz suallar meydana gəldi ki, əgər doğrudan da Kiyevi qoruyan əsas hava Hücumundan Müdafiə Sistemi(HHM) olan “Patriot” məhv edilibsə, nədən dərhal Rusiya raket zərbələrini davam etdirmədi?

Axı, müdafiəsiz qalan Kiyevi, xüsusilə də xeyli vaxtdır Kremlin arzu etdiyi hökumət məhəlləsini bombalamaq üçün bundan gözəl şans ola bilməzdi.Ancaq nədənsə Rusiya bu “fürsətdən” istifadə etmədi. Deməli, “Patriot”-u məhv etdiyinə özü də inanmırdı…

Sonradan Amerika mətbuatı “Patriot”-un tərkib hissəsi olan hansısa bir elementin doğrudan da raket hücumundan sonra zədələndiyini xəbər verdi və məlum oldu ki, bu zədə qısa müddətdə aradan qaldırılıb. Ancaq onu “vuran” birbaşa raket zərbəsi yox, bu sistemin havada məhv etdiyi hansısa raketin yerə düşən qalıqları olub. Hətta bu raket qalıqlarının məhz “Kinjal”-a aid olduğu da sual altındadır.

Digər yandan, mütəxəssislərin də bildirdiyi kimi, “Patriot” hansısa artilleriya qurğusu kimi bir hissədən yox, bir-birindən bəzən 50 kilometrədək məsafədə yerləşən bir neçə hissədən ibarətdir. Buraya müxtəlif radarlar, digər cihazlar, idarəetmə məntəqəsi, raketlər və s. daxildir. Onlar bir növ müəyyən ərazidə onlarla kilometr məsafədə səpələniblər və vəziyyətdən asılı olaraq yerləri tez-tez dəyişdirilir. Yəni, bu sistemi bir raket zərbəsilə məhv etmək mümkün deyil. Buna baxmayaraq, Ruisya guya “Patriot” sistemini məhv etdiyini bəyan edir və növbəti dəfə biabırçı duruma düşür. Özü də bilə-bilə ki, bu cür bəyanatlarla yalnız öz daxili auditoriyasına aid savadsız “obıvatel”-i aldada bilər. Yəqin, elə məqsəd də bu imiş…

Bundan sonra Rusiyanın öz daxilində də Kremlin “Kinjal”-ın hipersəs raket olması və guya “Patriot”-u məhv etməsilə bağlı iddialarıyla ziddiyyət təşkil edən hadisələr baş verdi. Belə ki, bu günlərdə Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Nəzəri və Tətbiqi Mexanika İnstitutunun alimləri – Anatoli Maslov, Aleksandr Şiplyuk və Valeri Zvyaqintsevin vətənə xəyanətdə ittiham olunaraq həbs edildikləri məlum oldu.

Bunlar hipersəs raket texnologiyası üzərində işləyən üç rusiyalı alimdir. Yəni, “Kinjal”-ın yaradıcılarıdır. Rusiyanın özündə də hamı yaxşı başa düşür ki, bu alimlərin vətənə xəyanətdə ittiham edilməsi heç də hansısa xarici dövlətin kəşfiyyatına işləmələrilə bağlı deyil.

Söhbət onların icad etdikləri raketin bəyan edilən xarakteristikalara malik olmamasının, yəni hipersəs olmadığının və beləliklə də Putini aldatdıqlarının üzə çıxmasıdır. Fakt odur ki, Ukraynadakı HHM sistemləri 96 milyon dollar qiyməti olan bu raketləri bir-bir “dənləyir”. Artıq Rusiya və Qərb mətbuatında da sözügedən alimlərin məhz buna görə həbs edildiyi bildirilir.

Ziddiyyət isə ondan ibarətdir ki, əgər doğrudan da “Kinjal” hipersəs raketdirsə, onu vurmaq mümkün deyilsə, “Patriot”-u məhv edibsə və Ukrayna onu vura bilmirsə, nədən bu raketi yaradan alimlər həbs olundu? Yəqin, Rusiyada bu sualı özünə və Rusiya rəhbərliyinə verənlər az deyil. Axı, əgər hər şey Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general Konoşenkovun dediyi kimidirsə, bu alimlərə həbs yox, mükafat düşürdü…

Əslində, bu mövzunu aktuallaşdıran və alimlərin həbsinə əmr verən Putini hiddətləndirən əsas məsələ “Kinjal”-ın vurulması ilə Rusiyanın öz nüvə silahından istifadə potensialının da sual altına alınmasıdır. Çünki əgər “Patriot”-un heç də ən son modifikasiyası olmayan variantı Rusiyanın ən müasir, sürətli, “hipersəs” “Kinjal”-ını asanlıqla bir-bir “dənləyirsə”, Kremlin “Kinjal”-dan daha az sürətli nüvə başlıqlı ballistik raketlərinin vurulmayacağına kim zəmanət verə bilər? Kim zəmanət verə bilər ki, NATO-nun və ABŞ-ın ən müasir HHM sistemləri üçün hətta Rusiyanın gecə-gündüz hədə-qorxu gəldiyi strateji nüvə başlıqlı raketləri asan vurulan hədəf olacaq? Əgər Rusiyanın ən yeni raketi “feyk” çıxırsa, onun onillərlə anbarlarda yatmış nüvə silahının özü nə vəziyyətdədir?

Bütün bunlar o deməkdir ki, “Kinjal”-ın “lax yumurta” çıxması Rusiyanın strateji hərbi gücü barədə təsəvvürlərə də sarsıdıcı zərbə vurur.

Xatırladaq ki, tanınmış azərbaycanlı hərbi ekspert Aqil Rüstəmzadə Ukrayna kanallarının birinə müsahibəsində hələ “Kinjal”-ın tətbiqindən xeyli əvvəl bu raketin imkanlarının şişirdildiyini, onun adi “İskəndər” raketinin təyyarəyə quraşdırılan variantı olduğunu demişdi.

Kinjal”a ən “dolğun” qiyməti isə Ukrayna Prezident Ofisinin sabiq müşaviri və tanınmış ekspert Aleksey Arestoviç verib. O, deyib ki, adiavtomat ötürücülər qutusu olan avtomobil istehsal edə bilməyən bir ölkənin hansısa hipersəs raket, yaxud digər “möcüzəli silah” istehsal etdiyinə inanmağın özü axmaqlıqdır…/azpolitika/info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password