Ermənistanı sülhə məcbur edəcək yeganə güc – “O nə Qərb, nə də Rusiyadır”

 

“Rusiyanın Azərbaycan və Ermənistan arasındakı vasitəçiliyi imitasiya xarakteri daşıyır”.

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ermənistanın Kəlbəcər istiqamətində tez-tez atəşkəsi pozması və təxribatlar törətməkdə məqsədi Zod qızıl mədənini işğal etməkdir:

“Eyni zamanda, bununla strateji yüksəkliklərdə möhkəmlənən Azərbaycan hərbi qüvvələrini geri çəkilməyə məcbur etmək məqsədi güdür. Əlbəttə, hərbi və digər cəhətlərdən Azərbaycandan müqayisəsiz zəif olan Ermənistan bu həmlələrinin öz əleyhinə işlədiyini həm cəbhədə, həm də diplomatik masada görür.

Danışıqların intensivləşdiyi vaxtda törətdiyi təxribatlarında İrəvanın başqa hesabları da var. Şifahi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyan Nikol Paşinyan süni gərginlikdən istifadə edərək bu sözünü rəsmiləşdirməkdən və sülh müqaviləsini imzalamaqdan yayınmağa çalışır.

Fransanın verdiyi silahlar da Ermənistanı “cəsarət”ləndirir. Deyə bilərik ki, Rusiya ilə yanaşı, Fransa da gərginliyin qorunub saxlanılmasında maraqlıdır. Fransa Cənubi Qafqazda geosiyasi mövqeyininin güclənməsini Ermənistana hücum silahlarını verməkdə görür. Bununla, Azərbaycana hərbi təzyiq etməyə çalışan Fransa, eyni zamanda, bölgədə güclənən Türkiyəyə “mən də varam” mesajı vermək istəyir”.

Məhəmməd Əsədullazadə vasitəçiliyi pozuculuğa hesablanmış Rusiyanın planlarına da diqqət çəkib:

“Rusiya vasitəçi rolunu saxlamaqla danışıqlar prosesini uzatmağa çalışır. Eyni zamanda, öz qüvvələrini KTMT adı altında Ermənistan-Azərbaycan şərti sərhədində yerləşdirmək də Moskvanın planlarına daxildir. Avropa Birliyinin mülki missiyasının Ermənistanda yerləşməsi Rusiyanı qəzəbləndirib. Rusiya dəfələrlə Ermənistana KTMT missiyasını təklif etsə də, hələlik buna getmir.

Bir sözlə, xarici işlər nazirlərinin Moskvadakı bugünkü görüşü əməli addımların atılmasına yönəlməyib. Ayın sonunda liderlərin Vladimir Putinin vasitəçiliyi ilə keçirilən görüşündən də heç nə gözləmirəm. Görünən budur ki, Ermənistanı sülhə, oyunu pozan qüvvələri də bölgədəki reallığı qəbul etməyə məcbur edən bir güc var – Azərbaycan. Həmin güc nə Rusiya, nə də Qərbdir, hər ikisinin bölgə ilə bağlı hesabı sülhə əngəl olur”./teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password