Aleksandr Qusev: “Ola bilsin, Paşinyanın təhsil səviyyəsi aşağıdır, tarixi yaxşı bilmir”

 

“Qaranlıq otaqda qara pişiyi axtarmaq çətindir, xüsusən, əgər pişik orada yoxdursa. Hər halda Ermənistan Avropa İttifaqının təsisatlarına meyillənir. Lakin bu, mənasızdır və çox dərin strateji səhvdir. Beləliklə, Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqına deyil, Avropaya daha çox meyillidir və Moskvada bunu hiss edirlər”.

Bu sözləri açıqlamasında Rusiya Elmlər Akademiyasının professoru, beynəlxalq əlaqələr üzrə ekspert Aleksandr Qusev deyib.

Ekspert bildirib ki, Rusiya Federasiyasından başqa, heç kim Ermənistanın köməyinə gəlməyəcək:

“Tarixi retrospektivə müraciət edə bilərsiniz, orada çoxlu nümunələr var. Bəlkə, Paşinyanın təhsil səviyyəsi bunu başa düşməyə imkan vermir, bəlkə, o, tarixi yaxşı bilmir?”

Aleksandr Qusev Ermənistan siyasi rəhbərliyinin mütəmadi olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) ünvanladığı iradlara da münasibət bildirib.

Xatırladaq ki, erməni tərəfi KTMT-dən israrla tələb edir ki, təşkilat Azərbaycanın atdığı diplomatik, hərbi addımlara siyasi qiymət versin. KTMT isə bunu məlum səbəblərdən etmir – Azərbaycan Ermənistanın ərazi bütövlüyünə qəsd etmir.

“Ermənistan tərəfi belə hesab edir ki, ərazilərini itirib, onun ərazi bütövlüyünə qəsd olub. Əslində isə, Ermənistanın istəyinə qalsa, İrəvan Üçtərəfli Bəyanatın yenidən nəzərdən keçirilməsini istəyir. Belə ki, üç ölkənin (Rusiya, Azərbaycan, Ermənistan) liderlərinin imza atdığı sənəd Ermənistanın daxili siyasi vəziyyətinə təsir göstərir.

Ayrıca olaraq demək istəyirəm ki, Avropa mütəmadi olaraq alovun üzərinə benzin töküb regionda qarşıdurmanı qızışdırmağa çalışacaq. Erməni tərəfi, görünür, gərginliyin qaçılmaz olduğunu hesab edir, KTMT-ni hərbi struktur kimi öz tərəfinə çəkməyə, təşkilatı Ermənistanın mövqeyini tutmağa sövq etmək istəyir. Amma KTMT heç vaxt mümkün lokal münaqişədə tərəf tutmayacaq”, – deyə rusiyalı ekspert vurğulayıb.

Aleksandr Qusev bildirib ki, hazırda onların diqqəti münaqişələri sülh yolu ilə həll etməyə yönəlib:

“Rusiyanın diqqəti indi, məlum olduğu kimi, başqa istiqamətə yönəlib. İndi biz qalxıb cənab Paşinyana nəsihət verməklə, KTMT-nin rolu və funksiyaları barədə məlumat verməklə məşğul olmalıyıq? Biz bunu etməmişik və etməyəcəyik. KTMT bir struktur olaraq öz funksiyalarını yerinə yetirir”.

Sonda ekspert bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü və gələcəkdə bu görüşün nizamlanma prosesinə təsirinə də toxunub.

Aleksandr Qusev hesab edir ki, ciddi irəliləyiş gözləməyə dəyməz:

“Rusiya 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın və Azərbaycan, Rusiya, Ermənistan liderlərinin imzaladığı sonrakı sənədlərin mövqeyində dayanır. Moskva hələlik başqa yol görmür, bu, Rusiyanın strateji xəttidir. Xarici işlər nazirləri arasında danışıqlara gəlincə, nazirlər ən yüksək səviyyədə razılaşdırılmış mövcud strateji planlara düzəlişlər edə bilməzlər. Onlar yalnız mövcud tendensiyalardakı bəzi dəyişiklikləri müzakirə edə bilərlər. Dövlət başçılarının apardığı birbaşa danışıqlar isə artıq başqa söhbətin mövzusudur. Bu halda mümkün strateji irəliləyişlər nəzərdə tutula bilər”./oxu.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password