Ərdoğan xaricdə yaşayan Türkiyə vətəndaşlarına müraciət edib

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xaricdə yaşayan vətəndaşlarına müraciət edib.

O, bu barədə tviterdə yazıb.

Türkiyə lideri müraciətində yüksək seçici fəallığı ilə seçkilərin ilk turunu uğurla başa vurduğunu xatırladıb: “Bütün çətinliklərə baxmayaraq, vətəndaşlıq vəzifənizi ən gözəl şəkildə icra etdiniz. Mənə və “Cümhur İttifaqına” hörmət göstərdiniz. Terror təşkilatı üzvlərinin təzyiqlərinə və iradənizi qırma cəhdlərinə məğlub olmadınız. Türkiyə demokratiyasının gücünə güc qatdınız”.

Ərdoğan hər bir seçicinin adını siyasət tarixinə qızıl hərflərlə yazdığını söyləyib: “Buna görə sizə zəmimi qəlbdən minnətdaram. İndi qarşımızda prezident seçkilərinin ikinci turu var. Xaricdə və gömrük məntəqələrində səsvermə prosesi sabah başlayır. Odur ki, hər kəsi səsverməyə çağırıram. İnşallah, bu sınaqdan da alnıaçıq çıxacağımıza ürəkdən inanıram”.

Xatırladaq ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Qeyd edək ki, mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. İki namizəd – Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi Prezident olacaq.

İlk turda Türkiyənin hazırkı Prezidenti 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. “Ata” siyasi blokunun təmsilçisi Sinan Oğan 5,17% səs yığıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password