İlk mesaj gəldi: Rusiya-Ukrayna danışıqları başlayır? – Vasitəçi ölkə…

 

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer “CBS News” kanalına müsahibəsində deyib ki, Ukrayna və Rusiya arasında real danışıqlar ilin sonuna qədər mümkündür. Bəs vasitəçi kim olacaq? Kissincer Çini təklif edib.

Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Kissincer nəyə istinadən Pekinin vasitəçi ola biləcəyini deyib?

Mərkəzin ekspertləri hesab edirlər ki, Pekinin son zamanlar artan rolu buna dəlalət edir:

“İranla Səudiyyə Ərəbistanının barışmasında da əsas vasitəçi Pekin oldu. Çin indi Rusiya ilə Ukrayna arasında vasitəçi olmaq istəyir. Ancaq bunun üçün zəmin yoxdur. Pekin Moskva ilə strateji tərəfdaşlığı gücləndirərkən Kiyevlə münasibətlərdə məsafə saxlayır. Doğrudur, Pekin Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, ancaq işğalı pisləmir və torpaqların Ukraynaya geri qaytaraılması vacibliyindən danışmır. Bu olmadan isə sülhü təmin etmək mümkün deyil.

Kissincerin Çinlə bağlı müsbət açıqlamasına baxmayaraq, Vaşinqton və Brüssel Çinin Ukrayna ilə Rusiya arasında vasitəçiliyini qəbul etmir. Ukraynaya əsas dəstək verən Vaşinqton və Brüsseldir. Kiyev bu iki mərkəzin rəyi ilə hesablaşmaq məcburiyyətindədir. Ukrayna Prezidenti Vladimir Zelenski Çin lideri Si Cinpinlə telefon danışığında sadəcə bu qənaətə gəlib ki, Pekin Rusiyaya silah və hərbi texnika satmayacaq. Ancaq Vaşinqton və Brüsselin Pekinin bu vədi yerinə yetirəcəyinə inamı azdır.

Bu arada, Avropa İttifaqı Çinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib ki, Avropa İttifaqı Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcəyi təqdirdə, Pekin öz maraqlarını qoruyacaq. Bu o deməkdir ki, Pekin də Avropa İttifaqı ölkələrinə qarşı sanksiyalar qəbul edəcək”.

Pekin hesab edir ki, Vaşinqton ABŞ və Çin liderlərinin Bali adasında əldə edilən müsbət impulsu pozub. Bunu Çin xarici işlər naziri Sin Qan ABŞ-ın bu ölkədəki səfiri Nikolas Börnslə görüşdə də deyib”.

Təhlildə vurğulanır ki, 2020-ci ilin noyabrında Cinpin və ABŞ Prezidenti Cozef Bayden İndoneziyanın Bali adasında G-20 sammiti çərçivəsində uğurlu danışıqlar aparmışdı:

“Pekin bu danışıqlardan sonra münasibətlərin normallaşacağına ümid edirdi. Olmadı. Pekin hesab edir ki, Bayden keçmiş prezident Donald Trampın siyasətinə qayıdıb. Çinlə münasibətlərin ən gərgin dövrü Trampın prezidentliyi dövrünə təsadüf etmişdi.

Pekinin Vaşinqtonla münasibətləri normallaşdırması çətin olacaq. Pekin çalışır ki, eyni durum Avropa-Çin münasibətlərində yaranmasın. Ancaq bu, Pekinin istəyindən asılı deyil. Brüssel Çinlə bağlı yeni strategiya hazırlayır.

“Financial Times” qəzeti Avropa İttifaqının Rusiyaya elektron avadanlıqlar tədarük edən Çinin 7 şirkətinə qarşı sanksiya tətbiq edə biləcəyini yazır. Nəşrin məlumatına görə, mikroçiplər, yarımkeçiricilər və digər elektron məhsullar istehsal edən şirkətlərə məhdudiyyətlər qoyula bilər. Bunlar Avropa İttifaqının Çinlə bağlı siyasətini sərtləşdirməsinə yol açacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password