“Ərazimizdə 10 minə qədər erməni hərbçisi var” – Xocalıdan eksklüziv görüntülər

 

“Azərbaycan tərəfinin hesablamalarına görə, ərazimizdə 10 minə qədər erməni hərbçisi var, bu isə Üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır”.

Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan süjetdə məlumat verilir.

Bildirilir ki, Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin, tərkibində Ermənistan vətəndaşlarının da olduğu hərbiləşdirilmiş dəstələrlə birlikdə Azərbaycanın Qarabağ iqtisadi rayonunun ərazisində qeyri-qanuni qalmaqda davam etməsi ilə bağlı dəfələrlə bəyanat verib.

“Redaksiyamıza daxil olan və Ermənistan hərbçilərinin Xocalıda hərbi poliqonda döyüş atışları həyata keçirdiyini təsdiqləyən yeni görüntüləri abunəçilərin diqqətinə təqdim edirik”, – deyə kanaldan bildirilib.

Ətraflı süjetdə:

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password