Azərbaycan qazını Avropaya nəql edəcək yeni kəmər reallaşa bilər
Boniya-Herseqovinanın Nazirlər Şurası ölkəyə Rusiya və Azərbaycandan qaz nəql edəcək iki yeni kəmərlə bağlı danışıqları təsdiqləyib. Bu danışıqlar Boniya-Hersoqovinaya Serbiya ərazisindən Rusiya qazını nəql etməli olan Yeni Şərq Birləşdirici Kəməri (interkonnektoru) barədədir. Bundan əvvəlki məlumatlarda deyilirdi ki, Rusiyanın “Gazprom” şirkətinin 2021-ci ildə Serbiyanın Srbijagas və Gas-Res tərəfindən imzalanmış sazişdə iştirak edəcəyi gözlənilir. “Gas-Res” şirkəti Bosniyanın bir hissəsi olan Republika Srpska ərazi vahidinə aiddir.
Republika Srpska və Gas-Res jurnalistlərin qaz kəmərinin çəkilişi dəyərinə aid sorğularına cavab verməyiblər. Kəmərin sahibliyi məsələsinin necə tənzimlənəcəyi də hələ ki, məlum deyil.
Azərbaycan qazı kəmərini Qərb dəstəkləyir
2019-cu ildə Republika Srpska sözü gedən kəməri “strateji əhəmiyyəti olan milli layihə” elan etmişdi. Barəsində danışıqlar aparılacaq ikinci kəmər isə Cənub interkonnektorudur. Bu kəmər Xorvatiyadan keçərək Azərbaycan qazını Bosniyaya nəql etməlidir.Cənub İnterkonnektoru və ya birləşdirici kəməri layihəsi ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənir, çünki Bosniyanın Rusiya qazından asılılığını azaltmalıdır.180 kilometrlik kəmərin tikintisi 100 milyon avroya başa gələcək və onun maliyyələşdirilməsində Avropa Yenidənqurma və İnkişaf Bankının kreditlərindən istifadə olunacaq.
Fikir ixtilafı
Nazirlər Şurasının sözçüsü, xanım Boryana Kristo deyib ki, hər iki layihə barəsində şura üzləri arasında konsensus əldə olunub. O əlavə edib ki, layihələr Bosniya sakinlərinin qazla təchizatını yaxşılaşdıracaq. Şərq İnterkonnektoru üzrə danışıqlar üçün komissiya yaradılıb. Cənub İnterkonnektoruna gəlincə isə, Bosniya federasiyası bu kəmərin tikintisi barədə təcili qaydada qərar qəbul etməlidir. Amma prezident üçlüyünün üzvləri Zelko Komsiç və Denis Beciroviç deyiblər ki, onlar vahid dövlət səviyyəsində qəbul edilməmiş layihələrin icrasına razılıq verməyəcəklər. Bosniya-Herseqovina Avropa Enerji İcması ilə imzaladığı razılaşmalara əsasən dövlət səviyyəsində qanun qəbul etməlidir. Belə bir qanunun olmaması 2020-ci ilin sonlarından bəri Bosniyanı Avropa Enerji İcmasının sanksiyalarına hədəf edib.