Erməni PUA-ları məhv edildi

 

Mayın 11-i və 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonundakı bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları tətbiq edilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bölmələrimiz tərəfindən hava hədəfləri vaxtında aşkar edilib və radioelektron mübarizə vasitələrinin tətbiqi nəticəsində onlar hədəfə çatmadan zərərsizləşdirilib.

Təqdim olunan foto-materiallarda zərbə PUA-larının qalıqları əks olunur.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password