Avtomobillərin icbari sığortası ilə bağlı bürokratik məsələlərdə ciddi irəliləmələr var
Avtomobillərin icbari sığortası ilə bağlı bürokratik məsələlərdə ciddi irəliləmələr var.
Bunu Aktulinfo.org-a açıqlamasında Azərbaycan Sığortaçılar Asossasiyası (ASA) ekspert qrupunun üzvü Fariz Hacızadə deyib.
Ekspert qeyd edib ki, əvvəllər avtomobil qəzası zamanı sığorta ödənişi üçün “Forma 4” sənədinin alınması və digər məsələlər sürücüləri narahat edirdi. Hazırda isə bu sənədin verilməsi prosesi avtomatlaşdırılıb.
Baş Dövlət Yol Polisi İdarəsi ilə sığorta şirkətləri arasında məlumatlar elektron formada mübadilə edilir. “Forma 4” artıq DYP tərəfindən vətəndaşa verilmir, əksinə elekrton qaydada sığorta şirkətinə göndərilir. Bu prosses öz növbəsində vətəndaşları əlavə vaxt itgisindən və bürokratik əngəlliklərdən azad etmiş olur.
Qeyd edək ki, Forma 4- yol nəqliyyat hadisəsi üzrə zərərçəkən və təqsirkar şəxsi müəyyən edən sənəddir.