Məhərrəm İncə geri çəkilir, onu dəstəkləyəcək
Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərinə 2 gün qalmış Məmləkət Partiyasının sədri Məhərrəm İncə namizədliyini geri çəkmək qərarı verib.
Bu barədə türkiyəli jurnalist Həsən Barın məlumat verib.
Onun sözlərinə görə, yerli vaxtla saat 14:00-da mətbuat konfransı keçərəcəyi gözlənilən Məhərrəm İncə tərəfdarlarını “Altılı masa”nın vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğluna səs verməyə çağıracaq.
“Məhərrəm İncənin namizədlikdən geri çəkilmə səbəbi kimi səhhətindəki problemləri göstərəcəyi ehtimal olunur”, – H.Barın bildirib.
Qeyd edək ki, ötən gün Məhərrəm İncənin səhhətində yaranan problem səbəbindən görüşlərinin təxirə salındığı açıqlanmışdı. Onun hətta infarkt riskinə qarşı müalicəyə başladığı bildirilirdi.