Fermerlər məhsullarını niyə sığortaya etibar etmirlər?

 

Bir neçə gün əvvəl ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti nəticəsində təsərrüfatlara xeyli ziyan dəymişdi. Yağan dolu Zaqatalanın Muxax kəndindəki fərdi və fermer təsərrüfatlarında bostan-tərəvəz, eləcə də fındıq sahələrinə xeyli zərər verib.

Bəs, görəsən fermerlər belə təbiət hadisələrinə qarşı təsərrüfatlarını sığorta etdirirlərmi, ya da zərər görən təsərrüfatlar sığorta haqlarını necə ala bilirləmi?

Bizim.Media sözügedən mövzuda araşdırma aparıb.

Sığortaya inam qalmayıb?

Təbii fəlakətdən zərər görən fermer Məmmədəmin Əliyev bildirir ki, onun təsərrüfatına 2 min manat zərər dəyib və sığortanı da özü qarşılayır:

“Sığortadan məlumatsızam, digər tərəfdən sığortaçılara o qədər günəvim yoxdur. Açığı bununla bağlı heç təbliğat da yoxdur ki,məhsulları sığorta etdirək. Dəymiş zərər az olanda sığorta yada düşmür, lakin məbləğ çox olarsa, dəymiş ziyanın ödənilməsində sığorta mütləq lazımdır.Belə olan halda biz də məhsuldarlığımızı artıraraq dövlətimizə dəstək vermiş oluruq”.

Doludan sonra təsərrüfatında olduğumuz başqa bir fermer Səiddin Nurməmmədov təkcə 5 min kvadratmetrdə çiyələk sahəsinin, eləcə də xiyar və lobya şitilliklərinin zərər gördüyünü, ümumi zərərin 20 min manata yaxın olduğunu bildirib.

Fermer etiraf edir ki, onlar bu günə kimi heç vaxt əkin sahələrini sığorta etdirməyib. Lakin bu qədər çəkdikləri zərər onlara “dərs olacaq”.

Səiddin Nurməmmədov bildirir ki, sığorta şirkətlərilə heç bir əlaqələri olmayıb. Lakin bundan sonra mütləq istənilən əkin sahəsinin sığortasını etdirəcəklər.

Sığortaçılar isə fermerlərin xidmətdən imtina etdiyini deyir.

Aqrar Sığorta Fondunun Şəki-Zaqatala bölgəsində nümayəndəsi Toğrul Həşimzadə aqrar sığortanın dövlət dəstəyi ilə həyata keçirildiyini bildirir.

Belə ki, sığorta haqqının 50 faizini dövlət, 50 faizini isə fermerlər ödəyir. Belə olan halda onlar fermerləri dəvət edir ki, öz təsərrüfatlarını, gəlcək bizneslərini sığorta etdirsinlər.

Zaqatalalı fermerlərə gəldikdə isə onların sistemdə adları var və müraciətlərə imtina veriblər:

“Aqrar Sığorta Fondunun əməkdaşları olaraq fermerlərlə görüşlər həyata keçiririk. Hadisə baş verən kəndlərdə də fermerlərlə görüşlərimiz olub. Hətta adları qeyd olunan fermerlərə daha əvvəldən zəng edilərək sığorta haqqında məlumat verilib. Hansı ki, özləri sığorta xidmətlərindən imtina ediblər.

Toğrul Həşimzadə diqqətə çatırıb ki, ötən il dəyən zərərə görə Şəkidə fermerlərə 452 min manata yaxın sığorta ödənilməsi təmin edilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password