Ərdoğanı devirmək üçün “qan gölməçəsi” planı – Gizli qərərgahın tapşırığını onlar icra edir

 

“Kılıçdaroğlu seçkilərdə məğlub olacağı təqdirdə, “narıncı üsyan” ssenarisi başlayacaq”.

Bunu Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek 14 may seçkiləri öncəsi baş verənlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, ABŞ Türkiyədə “narıncı inqilab” başlatmaq iddiasında israrlıdır. ABŞ dərin dövlətinin məqsəd və strategiyasından danışan Perinçek qeyd edib ki, bu prosesi Ankaradakı gizli qərargah planlaşdırır və idarə edir.

ABŞ Dərin Dövlətinin məqsədi və strategiyası

“Yeni Akit” qəzetinin yazdığına görə, prosesin məqsədi və ümumi strategiyası 2020-ci ilin yanvarında ABŞ Dərin Dövləti tərəfindən bütün dünyaya açıqlanıb. Söhbət “Rand Corporation”ın “Türkiyədə Milli Dalğanın Yükselişi” adlı 276 səhifəlik məşhur hesabatından gedir. Bu hesabatda ABŞ-ın Dərin Dövlətinin Tayyib Ərdoğanı məhv etmək məqsədi qeyd edilib.
Məqsədə çatmaq üçün istifadə olunacaq qüvvələr CHP, İYİ Partiya, bəzi mühafizəkar qruplar və qeyri-hökumət təşkilatları kimi müəyyən edilib. Bu qüvvələr “Altılı masa”da birləşdi və Tayyib Ərdoğanı devirmək planına başladı. ABŞ prezidenti Bayden seçki çıxışında və “New-York Times” qəzetinə verdiyi açıqlamada Dərin Dövlətin hədəfini və planını təkrarlayıb.

Seçkilərdə “qan gölməçəsi” ssenarisi

ABŞ Dövlət Departamentinin rəsmi orqanı olan “Foreign Policy” jurnalı 1 yanvar 2023-cü il tarixli sayında yazır ki, prezident Ərdoğanın hakimiyyətdən uzaqlaşdırılması prossesində ölkə “qan gölü”nə dönəcək.

Almaniya jurnalı “Stern” 26 yanvar 2023-cü ildə Ərdoğanın şəklinin altına “Brandstifter”(Alovlandıran) yazaraq üz qabığında dərc edib.

Seçki ərəfəsində Qərb mətbuatı Tayyib Ərdoğana qarşı “qara piar”ı daha da genişləndirib.

“Narıncı üsyan” planını həyata keçirən qərargah və onun alətləri

Bütün məlumatlar göstərir ki, Kılıçdaroğlu seçkidə uduzsa, ABŞ “narıncı üsyan” təşkil edəcək. Üsyana rəhbərlik Ankarada yaradılmış Qərargah tərəfindən həyata keçiriləcək. Bu Qərargahı 6 mart 2023-cü il tarixdə keçirilən mətbuat konfransında ictimaiyyətə elan edilib. Fevralın sonunda stadionlarda “Tayyib Ərdoğanın istefası” aksiyalarını təşkil edən də məhz “Gizli Qərargah” olub.
Planın alətlərinə gəlincə, onlar artıq ABŞ-ın Dərin Dövlət Hesabatında açıqlanıb. Baş rollarda Meral Akşener, Əkrəm İmamoğlu və Kılıçdaroğlu görünür.

“Rand Corporation”un hesabatında bildirilir ki, PKK, HDP də üsyanın ən mühüm alətlərindədndir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password