“Əl-Cəzirə”dən Ərdoğan etirafı – “Onu sevin, ya nifrət edin, amma…”

 

Qətərin nüfuzlu “Əl-Cəzirə” telekanalının saytında “Türkiyə seçkilərində Qərb illüziyaları” adlı təhlil dərc olunub.

Təhlildə Türkiyədə keçiriləcək seçkilərin beynəlxalq ictimaiyyətdə diqqət çəkdiyi bildirilir.

Məqalə müəllifi Mərvan Bişara Prezident Rəcəb Tayyib Ərdoğanın əsas seçici kütləsinin bütün hallarda səsverməyə gedəcəyini yazır:

“Hazırkı prezident öz bazasını qurmaqda kifayət qədər bacarıqlı olduğunu sübut edib. Təcrübəli siyasətçi və xarizmatik təşviqatçı kimi Ərdoğan əhalinin əksər təbqəsi arasında bazasını gücləndirib. Tərəfdarları daha qətiyyətli və onun yenidən seçilməsinə daha sadiq görünürlər”.

Müəllif bu baxımdan Ərdoğanən rəqiblərindən öndə olduğunu iddia edir.

Təhlildə müxalifətin namizədi Kamal Kılıçdaroğlunun seçiləcəyi təqdirdə xarici ölkələrlə münasibətlərdə yumşaq siyasət izləyəcəyi qeyd olunur.

Bişaranın fikrincə, Prezident Ərdoğan Kılıçdaroğludan fərqli olaraq, seçkilərdə xarici deyil, daxili məsələlərə görə qalib gəlindiyini və ya uduzulduğunu anlayır:

“Ərdoğan qalib gəlsə, onun daxili və xarici, xüsusən də Rusiya, Avropa və ABŞ-a qarşı gündəmini ikiqat artıracağı şübhəsizdir. O da gözləniləndir ki, Türkiyə öz maraqları üçün Qərb və Rusiya ilə münasibətləri balanslaşdıraraq böyük güclərə qarşı balanslı yanaşmanı davam etdirəcək. Rusiya ilə ticarət və geosiyasi əlaqələri gücləndirməklə yanaşı, Türkiyənin NATO üzvlüyünü qoruyacaq.

Xarici siyasət təcrübəsi olmayan Kılıçdaroğlu, çox güman ki, seçiləcəyi təqdirdə Türkiyənin Qərb və NATO tərəfdaşlarına qarşı mövqeyini yumşaldacaq və İsveçin hərbi alyansa üzvlüyünə qoyulan vetonu aradan qaldıracaq.

Onu sevin və ya nifrət edin, etiraf etmək lazımdır ki, Ərdoğan qarşıdan gələn seçkilərdə qalib gəlsə də, uduzsa da, Türkiyəyə möhrünü vurmuş prezidentdir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password