Türk liderlər niyə Moskvada parada qatıldı?

 

Orta Asiyanın türk respublikaları rəhbərlərinin 9 May paradında iştirak üçün Moskvaya səfər etməsinə bəziləri lağ edir və Türk Dövlətləri Təşkilatını hədəfə gətirməyə çalışırlar.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan liderlərinin bu gün Moskvada keçirilən Qələbə paradına qatılması haqda qeyd edib.

O bildirib ki, Rusiya Orta Asiya respublikalarına hələ də çox güclü təsir mexanizmlərinə malikdir, bunları nəzərə almaq lazımdır:

“Qazaxıstan Prezidenti Tokayev anlayır ki, Rusiya ilə 7 min 599 km quru sərhədi, şimal bölgələrində milyonlarla “rusdillilər” var; bilir ki, Kremlin vəhşi siyasəti oralarda bir yox, bəlkə də, 5 “dxr-lxr” yarada bilər!

Özbəkistan Prezidenti Mirziyayev bilir ki, Rusiya ərazisinə “Qaraqalpaq” adlı “mina” basdırıb, bu rəsmən respublikadır, əhalisi cəmi 1,5 mln. nəfər olsa da, Özbəkistan ərazisinin 40%-i bu rəsmi quruma aiddir, öz bayrağı, gerbi, Özbəkistandan ayrılma səlahiyyəti var. Qaraqalpaq Respublikasının siyasi elitası isə birbaşa Kremldən idarə olunur: xatırlayın, Mirziyayev bu məsələ ilə bağlı addım atmaq istədi, Moskva bölgəni ayağa qaldırıb separatizmə start verdi. Mirziyayev məcbur qalıb Konstitusiya dəyişliklərini ertələdi. Moskvaya getməsə, bölgə alovlanar!

Türkmənistan Prezidenti Berdiməhəmmədovun hakimiyyətinə Kreml birbaşa təminat verib.

Qırğızıstan Prezidenti Sadır Japarov anlayır ki, ölkəsinin iqtisadiyyatı 80% Rusiyadan asılıdır, bilir ki, Kreml son 25 ildə istədəyi adamı istədiyi an taxta çıxardır, hətta bunu “rəngli inqilablar” texnologiyası ilə də etməyi bacarır, imtina etsə, ölkəni qarışdıracaqlar!”

Ekspert qeyd edib ki, siyasət mürəkkəb elmdir, peşədir, bilik-bacarıq, təcrübə, səbir tələb edir:

“Ona görə də hər şeyə üstdən baxıb reaksiya verməkdənsə, dərinə enib anlamağa çalışmaq lazımdır. Və bilməliyik ki, bütün post-sovet ölkələrinin nicatı, öz yolunu-izini tapması, hətta elitaların dəyişməsi Rusiyanın zəifləyərək öz qınına çəkilməsindən asılıdır. Ona görə də 9 May nasizm üzərində qələbə bayramını təbrik etməklə yanaşı, Ukrayna xalqına Rusiya imperializmi, Kremlin SSRİ-ni xortlatmaq ideyası üzərində də qələbə lazımdır!”

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password