Bay Kamalın “Azərbaycansız xəritəsi” kimə məxsusdur?

 

2000-ci ildə Çin Böyük İpək yolunun bərpası ilə bağlı Qərbin xəritəsinə qarşı öz layihəsini hazırladı. Bu xəritə Rusiya və İranın birbaşa iştirakı ilə hazırlanmışdı. Məqsəd Qafqazı regionun Böyük İpək Yolu üzərində qurulacaq nəqliyyat xətlərindən uzaq tutmaq, İranı böyük dövlətlər sırasına qatmaq və ən əsası Qərbin maraqlarını neytrallaşdırmaq idi.

Bu sözləri tarixçi alim Zaur Əliyev ötən gün Türkiyə müxalifətinin prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun nümayiş etdirdiyi xəritə haqda qeyd edib.

Alim bildirib ki, xəritə Amerika gizli xidmətinin əlinə keçəndən sonra “Diplomat” qəzetində çap edilmişdi:

“Bu xəritə hazırlanana qədər Çin Türkiyə ətrafında olan coğrafiyada biznes maraqlarını qurmuşdu. Çoxları bilməsə də, türkmanların Mosul, Kərkük ərazisində olan enerji mənbələri artıq müxtəlif şirkətlər vasitəsilə Çinə aid idi. Çin Kürdüstan yaradılması üçün illərdir gizli yollarla kürd təşkilatlarına yardım edir. Əsas məsələ Qərb və Şərqi birləşdirən ana xətdən Azərbaycanı kənar tutmaq idi. Çünki İran-Çin-Rusiya sövdələşməsinə görə, Qafqaz yenidən Rusiyanın ərazisi kimi qəbul edilirdi”.

Z.Əliyev Türkiyə müxalifətinin aparıcı qüvvəsinə başçılıq edən Kamal Kılıçdaroğlunun eyni xəritəni təqdim etməsi və prezident seçiləcəyi təqdirdə Azərbaycandan yan keçəcək layihəni dəstəkləyəcəyini elan etməsindən təəssüfləndiyini bildirib:

“İstəməzdim yeni Boraltan (Türkiyəyə sığınan azərbaycanlı mühacirlər SSRİ-yə Boraltan körpüsündə təhvil verilib – red.) yaşayaq. Hər halda Türkiyədə Kamal bəyə dəstək olan güclər o seçilən təqdirdə Azərbaycanı Böyük İpək Yolundan və ən əsası Zəngəzur dəhlizindən mərhum etməzlər”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password