“Zelenskiyə qarşı üsyanın səbəbi…” – Pentaqonun eks-rəsmisindən şok iddia

 

Ukraynalılar Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı üsyan edə bilər, çünki o, seçkiqabağı vədlərinə əməl etmir.

Bunu Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor Stiven Qardnerin YouTube kanalında deyib.

O, xatırladıb ki, bu siyasətçi 2019-cu ildə keçirilən prezident seçkilərində münaqişəyə son qoyacağına söz verdiyi üçün qalib gəlib. Makqreqorun sözlərinə görə, Ukrayna cəmiyyəti Zelenskinin ukraynalıların bezdiyi Rusiya ilə problemləri həll edə biləcəyinə ümid edirdi.

“Və sonra hamımız nə baş verdiyini mükəmməl bilirik. O, prezident vəzifəsinə keçən kimi hər şey dəyişdi”, – polkovnik bildirib.

O, Zelenskinin Ukrayna vətəndaşlarının maraqlarına cavab verməyən siyasət yürütməyə başladığına diqqət çəkib.

“Buna görə də Ukrayna liderinin öz xalqı tərəfindən öldürülə biləcəyi tamamilə gözləniləndir”- , deyə Makqreqor yekunlaşdırıb.

Bir müddət əvvəl “Associated Press” ABŞ kəşfiyyat agentliklərinin sızdırılmış sənədlər arasında tapılan məlumatlara istinad edərək yazmışdı ki, Zelenski ölərsə, Aİ Ukraynaya silah və hərbi texnika tədarükünü məhdudlaşdıra bilər.

Həmçinin ABŞ Dəniz Piyadaları Korpusunun təqaüdçü kəşfiyyatçısı Skott Ritter də belə bir fikir irəli sürmüşdü ki, Ukrayna prezidenti Vladimir Zelenski ukraynalı zabitlər tərəfindən öldürülməmək üçün tezliklə ölkədən qaçacaq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password