Kılıcdaroğlunun seçkiqabağı anti-Azərbaycan vədləri… – Onun “Yeni İpək Yolu” layihəsi nəyə xidmət edir?
Türkiyə müxalifətinin prezident seçkilərində vahid namizədi, CHP lideri Kamal Kılıcdaroğlunun seçkiqabağı vəd etdiyi “Yeni İpək Yolu” xəritəsində Azərbaycan yer almayıb.
“Böyük layihə” adı altında onun yaydığı videomüraciətdə Azərbaycanın yer almaması seçkilərdə onun qələbə çalacağı halda hansı “məzhəbə qulluq edəcəyini” açıq şəkildə göstərir.
Qeyd edək ki, xəritədə 5,5 min kilometrlik quru yolu İran (Təbriz və Tehran), Türkmənistan (Aşqabad), Özbəkistan (Daşkənd) və Qazaxıstandan (Almatı) keçərək Çinə birləşir.Özünəməxsus, cəfəngiyyat dolu layihə Türk dünyasını İrandan və Çindən asılı edərək onun zəifləməsinə xidmət edir, eləcə də Zəngəzur dəhlizi layihəsini məhvə sürükləyir.
Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən layihələrdən xəbərsiz olduğunu bir daha sübut edən Kılıcdaroğlu kimin dəyirmanına su tökür? Hansı publikaya işləyir?
Kılıcdaroğlu hakimiyyətə gələrsə, Ərdoğanın hazırkı türkdilli ölkələrin birliyi istiqamətindəki siyasi kursu da naməlum olacaq. Çox güman ki, CHP-nin qucağına qaçdığı Qərb dairələri türkdilli ölkələrin birliyi məsələsinin ləğvini istəyəcəklər. Bundan başqa, Türkiyədəki hakimiyyət dəyişikliyi Rusiya ilə münasibətlərə də mənfi təsirsiz ötüşməyəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 3 gün qabaq dediyi kimi, “qırx axardan qırx vedrə su gətirməklə həqiqət günəşi palçıqla örtülməz. Mayın 14-də vətən, millət deyənlərin maskalarını açacağıq və birlikdə bu maskarada son qoyacağıq”.
Əminik ki, Türkiyə xalqı bir həftə sonra seçimi düzgün edəcək./report.az