Priqojinin Şoyquya məktubu yayıldı

 

“Vaqner” muzdlu hərbi şirkətinin sahibi Yevgeni Priqojinin Rusiya müdafiə naziri Sergey Şoyquya ünvanladığı iddia edilən məktubunun surəti yayılıb.

Teleqram kanallarında yayılan məktubda Priqojin “sursat aclığı” səbəbindən ciddi itkilərindən və “Vaqner”in döyüş potensiyalının azalmasından bəhs edir.

Buna görə də o, Çeçenistan rəhbəri, Rusiya Qəhrəmanı general-polkovnik Ramzan Kadırovun “Vaqner” qruplaşmasını “Əhməd” xüsusi təyinatlılarının əvəz etməsi barədə təklifini qəbul etdiyini qeyd edir. Bildirir ki, “Əhməd” Mariupola hücumda və digər əməliyyatlarda qəhrəmanlıqlar göstərib.

Priqojin 10 may saat 00:00-dan etibarən “Əhməd”in “Vaqner”i Baxmut və ətrafdakı ərazilərdə əvəz etməsinə şərait yaradılmasını Şoyqudan xahiş edib.

Qeyd edək ki, bundan öncə Priqojin ölən vaqnerçilərin meyitləri qarşısından yaydığı videoda Şoyqunun ünvanına ağır söyüşlər səsləndirmiş, “Vaqner”i sursatsız qoyduğuna və itkilərə görə onu ittiham etmişdi. Daha sonra Priqojin 10 mayda Baxmutdan çıxacaqlarını açıqlamışdı

 

Kadırov oisə Priqojinə müraciətlə “Əhməd” xüsusi təyinatlılarının “Vaqner”i əvəz edə biləcəyini bildirmişdi./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password