Türkiyədə Ukrayna və Rusiya nümayəndə heyətləri arasında dava düşüb
Mayın 4-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT) Ankarada keçirilən sammitində Rusiya və Ukrayna nümayəndə heyətlərinin üzvləri arasında dava düşüb.
Bu barədə“Anadolu” xəbər verir.
Rusiya Dövlət Dumasının “Vahid Rusiya”dan olan deputatı Olqa Timofeyeva “Müqəddəs Georgi lenti” asıb. Ukrayna rəsmiləri onun çıxışını pozmağa çalışıblar və onun arxasında bayraqlar açıblar. Rusiya nümayəndə heyətinin üzvləri isə ukraynalıların hərəkətlərinin qarşısını almağa çalışıblar.
Bundan sonra Türkiyə parlamentinin sədri Mustafa Şentop vəziyyətə müdaxilə edib. O, fasilə elan edib, həmçinin tədbirin qaydalarını pozan nümayəndə heyətinin iclas zalını tərk etdiyini bildirib.
“Burada söz verilən şəxs çıxış edəcək. Mən tədbirin asayişinin pozulmasına icazə verməyəcəyəm. Kiminsə belə bir niyyəti varsa, o zaman binanı tərk etsin”.